Icma.az
close
up
RU
Şuşada SİNA İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib

Şuşada SİNA İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşada "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, tədbirdə AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, digər rəsmilər, xarici qonaqlar və Qarabağ Universitetinin tələbələri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev elm sahəsində gənclərin rolundan söz açıb:

"Azərbaycanda 134 elmi müəssisə var və bu müəssisələrdə 14 min tədqiqatçı fəaliyyət göstərir. Onların da əksəriyyəti gənclərdir".

O, Şuşanın Azərbaycanın mirvarisi olduğunu vurğulayaraq tədbirin burada keçirilməsini alqışladığını qeyd edib:

"Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu cür kreativ və maarifləndirici tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu tədbirlər gələcəkdə gənclər arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayacaq".

Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov isə iştirakçılara uğurlar arzulayıb:

"Ümid edirəm, nəticələrimiz mükəmməl olacaq".

AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Elmir Babayev gənclərin süni intellektə olan marağından və bu sahədə inkişafın labüdlüyündən danışıb:

"Biz süni intellekt və yeni kəşflərdən az istifadə edirik. Bu sahələrdə inkişafın sürətlənməsi üçün gənclər arasında kimya üzrə təhsili də artırmaq, bu sahədə tədqiqatları gücləndirmək lazımdır".

Qeyd edək ki, bağlanış tədbirləri dekabrın 4-də yekunlaşacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri