Şuşada TDT nin rəqabət qurumları arasında birgə kommünike qəbul edilib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində yeni qərarlar qəbul edilib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçirilən tədbir türk dünyasında iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.
"İclas zamanı tərəfdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Görüşün nəticəsində qurumlar arasında əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən birgə kommünike imzalanıb.
Kommünikedə rəqabət sahəsində strateji fəaliyyət prioritetləri və gələcək addımlar öz əksini tapıb. Bundan başqa, iştirakçı qurumlar arasında bir sektoral araşdırmanın həyata keçirilməsi və rəqabət mövzuları üzrə üç işçi qrupun formalaşdırılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan tərəfi TDT ölkələrinin rəqabət qurumları arasında strateji tərəfdaşlığın gücləndirilməsinə bundan sonra da hərtərəfli dəstək verəcək", - E. Bağırov vurğulayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:235
Bu xəbər 13 İyun 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















