Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Şuşada tıxac yaranır Polad Bülbüloğlu buna sevinir

Şuşada tıxac yaranır Polad Bülbüloğlu buna sevinir

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“Bütün hissləri və yaşananları bir neçə cümləyə sığdırmaq həqiqətən çətindir. Bəlkə də nadir insanlardanam ki, Şuşa işğal altında olarkən, 2007 və 2009-cu illərdə doğma şəhərimi ziyarət etmişəm. Doğma Şuşaya gedib onu viranə vəziyyətdə görmək, küçələrin sükutuna şahid olmaq, dağıdılmış ata evini və uşaqlığın keçdiyi məkanları seyr etmək çox ağır idi.

İşğaldan sonra isə Şuşaya ilk səfərim 2021-ci ilin fevralında oldu. Həmin dövrdə şəhərdə əsasən hərbçilər xidmət edirdi, hələ rəsmi nümayəndəlik fəaliyyətə başlamamışdı. Küçələrdə qəhrəman əsgərlərimizi görəndə onları qucaqlayır, sevinc və qürur hissimizi gizlədə bilmirdik. O anların duyğusunu sözlə ifadə etmək mümkün deyil, bu, həm qələbənin sevincini, həm də illərin həsrətini özündə birləşdirən unudulmaz hiss idi”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri WUF13 forumunda Şuşa ilə bağlı təəssüratlarını Modern.az-a bölüşən sabiq diplomat, Xalq artisti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Şuşadan olan deputat Polad Bülbüloğlu səsləndirib.

O bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq forumlar ölkənin nüfuzunun göstəricisidir: “Bu, çox böyük hadisədir. Azərbaycan indi bütün dünyada söz sahibi olan ölkəyə çevrilib. Dövlətimizin səsi hər yerdə eşidilir. Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük nüfuz qazanmış liderlərdən biridir. Belə mötəbər tədbirlərin yüksək səviyyədə təşkili həm ölkəmizin imici, həm də tariximiz üçün mühüm hadisədir. BMT-nin tarixində də bu qalır. Forum iştirakçıları Azərbaycandakı inkişafı öz gözləri ilə görürlər.  Qonaqlar Bakını, insanlarımızın qonaqpərvərliyini hiss edirlər. Hər kəs şəkillər çəkir, ölkələrinə qayıdanda bu barədə qohumlarına, tanışlarına danışacaqlar.Bu da Azərbaycanın tanıdılması baxımından çox önəmlidir”.

Müsahibimiz Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə də toxunub: “Şuşada, Xankəndidə, Xocalıda böyük işlər görülür. Azad edilmiş kəndlərimizdə minlərlə insan yaşayır. Keçmiş məcburi köçkünlər üçün yeni evlər tikilib, yollar salınır. Şuşaya üç müxtəlif istiqamətdən yol çəkilib. Tunellər dünya standartlarına uyğun inşa olunub. Mən çox ölkədə olmuşam, İsveçrədə tunellər görmüşəm, amma burada tətbiq olunan texnologiyalar da ən yüksək səviyyədədir.

Sonuncu dəfə Ağdamın Xıdırlı kəndində seçicilərlə görüşdüm. Bu, çox sevindiricidir.  Ailələrə 2,3 və 4 otaqlı evlər verirlər. Təsəvvür edirsiniz, şənbə və bazar günləri Şuşada tıxac yaranır. Avtobuslar, avtomobillər şəhərə axışır. İnsanlar böyük maraqla Şuşaya gəlirlər”.

Xalq artisti Xarıbülbül festivalından da danışaraq, tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:

“2021-ci ilin mayında, işğaldan azad olunandan dərhal sonra Şuşada Xarıbülbül festivalı keçirildi. Bu il artıq festivalın doqquzuncusudur. İşğaldan əvvəl üç, azad edildikdən sonra isə altı festival təşkil olunub. Bu işlərin hər biri böyük zəhmət hesabına ərsəyə gəlib”.

Komitə sədri əlavə edib ki, artıq xarici ölkə rəhbərlərinin də Şuşaya səfərləri ənənə halını alıb:

“Şuşada bir çox beynəlxalq görüşlər keçirilir. Bülbülün ev muzeyində konsertlər təşkil olunur. Qısa müddətdə görülən işlər doğrudan da böyük zəhmətin nəticəsidir. Bu prosesdə əməyi olan hər kəsə təşəkkür edirəm. Xüsusilə də, cənab Prezidentə Şuşa azad edildikdən sonra festivalı bərpa etdiyi üçün minnətdaram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 May 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri