Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası İŞİNƏ BAŞLADI
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Şuşada işinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprdən dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının nümayəndələri, eləcə də TDT-nın rəhbərliyi iştirak edir.
Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin TDT-nın məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi"nin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü ilə İstanbulda təsis edilib. Quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyaları üzv olub. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kiprin sığorta assosiasiyaları müşahidəçi qismində qoşulublar.
Birliyin ilk Assambleyası təşkilatın "Yol xəritəsi"nə uyğun olaraq, alfabetik ardıcıllıq əsasında Azərbaycanda keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 14 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















