Şuşada Zəfər Günü münasibətilə rəsm əsərləri və əl işlərindən ibarət sərgi açılıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şuşa, 8 noyabr, AZƏRTAC
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şuşa Hotel”də sakinlərin rəsm əsərləri, “Güllü bağ”da isə əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə ictimaiyyət nümayəndələri ilə yanaşı, yerli sakinlər də iştirak edirlər. Nümayiş olunan əl işləri, xüsusən də Şuşa şəhərinin giriş qapıları, Qala divarları, Azərbaycan mədəniyyətinin atributları, Zəfərin əsas simvolu olan "Xarı bülübül" rəsminin müxtəlif formalarda təsvirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bayram tədbiri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Baxış sayı:91
Bu xəbər 08 Noyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















