Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Parisdə turizm təqdimatı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Şuşada Zəfər ölkəsinin söz bayramı

Şuşada Zəfər ölkəsinin söz bayramı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Şuşada ənənəvi – 1982–1991-ci illərdə keçirilmiş, Qarabağ Zəfərindən sonra isə 6-cı dəfə təşkil edilən Vaqif Poeziya Günləri başlanır. Sayca 16-cı olan bu söz bayramı xalqımızın yurd sevgisini, qəhrəmanlıq ruhunu, sülh arzularını, gözəllik duyğularını təcəssüm etdirir.

Bir vaxtlar Vaqifin könül rübabı olmuş, Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı Şuşa qədimlik, məğrurluq rəmzidir. Musiqiçi, memar, rəssam və ədiblər məskəni olan qədim Şuşa Qafqazın sənət məbədi adlanır. Milli memarlıq üslubu ilə seçilən, orta əsr şəhərsalma sənətinin qiymətli abidəsi, 3 əsrə yaxın yaşı olan şəhər tarixi boyu zəngin inkişaf yolu keçmiş, xalqımızın ədəbi, mədəni, ictimai-siyasi mühitinin formalaşmasında əvəzsiz rol oynamışdır. Bu qədim qala şəhəri tarixin sərt sınaqları ilə üzləşsə, dəfələrlə xarici hücumlara, müdaxilələrə məruz qalsa da, heç bir vaxt Azərbaycan ruhunu itirməmişdir.

Havasında, suyunda musiqi duyulan, hər qarışı bir dəyər, bir irs olan Şuşa əsrarəngiz gözəlliyi ilə insanın ruhunu ovsunlayır, qəlbinə, düşüncəsinə hakim kəsilir. Qarabağın dilbər guşəsi sayılan, başı qarlı, dumanlı dağları əzəmət saçan bu şəhərin buz bulaqları isə ürəyə məlhəm olan şəfa qaynağıdır.

Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər Şuşada yetişmiş, yaradıcılıqları ilə xalqımızın mədəniyyət salnaməsinə şanlı səhifələr yazmış, dəyərli ədəbiyyat və incəsənət nümunələri yaratmışlar. “Şərqin konservatoriyası” adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin vətənidir. 

XVIII əsrin görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif Qazaxda doğulsa da, Şuşada yaşayıb-yaratmış, burada əbədiyyətə qovuşmuşdur. Elə buna görə də ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evinin təntənəli açılışı ədəbiyyatımızda, tariximizdə, mədəniyyətimizdə böyük xidmətləri olan Vaqif irsinə dərin hörmət və ehtiramın təzahürü idi. Məhz bu səfər çərçivəsində Ulu öndər Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.

Həmin tarixdən etibarən 1991-ci ilədək hər il Vaqif Poeziya Günləri şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. 1992-ci ildə Şuşanın işğal olunması ilə Vaqif Poeziya Günlərinin keçirilməsi də dayandı. İşğalçılar məqbərəni yerlə-yeksan etdilər. 30 ilə yaxın xalqımız el-oba həsrəti ilə qovruldu, bir gün qayıtmaq ümidi ilə yaşadı. 2020-ci ildə İkinci Qarabağ müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə Şuşa çal-çağırlı günlərinə qayıtdı. 

Dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqif irsinə işıq salan Vaqif Poeziya Günləri ilk dəfə 2021-ci il avqust ayının 30-31-də şairin doğma şəhərində yenidən təşkil olundu. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev dedi: “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq".

Zəfər soraqlı illərin sevinc dolu günlərində keçirilən Vaqif Poeziya Günləri bu dəfə tarixə, sadəcə, ədəbi hadisə kimi deyil, həm də mədəni yaddaşın bərpası, milli kimliyin təntənəsi kimi yazıldı. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra Qarabağda yaranan şeir, musiqi sənəti yenidən yaşamaq hüququ aldı. Vaqif Poeziya Günlərinin yenidən başladığı gün isə ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanın söz, şeir bayramına çevrildi.

2022-ci ilin 14–15 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günləri 40 illik ənənənin işğaldan azad edilən torpaqlara qayıtması idi. Şuşa azad edildikdən sonra ikinci dəfə Vaqifin poeziyası öz yurdunda səsləndi, şeirləri Şuşanın dumanlı dağlarında əks-səda verdi.

Bu möhtəşəm tədbir üçüncü dəfə 2023-cü il iyulun 13-15-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində başladı, iyulun 14-15-də isə Şuşada davam etdi. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ hotellərində mərasimlər keçirildi. Sonuncu gün “Vaqif dünyası” poetik-musiqili tamaşa nümayiş olundu.

2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşada iyulun 17-19-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirildi. Dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət və elm xadimləri ilə bərabər, Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar da poeziya bayramında iştirak etdilər.

Ötən il isə Vaqif Poeziya Günləri ilk dəfə bir neçə şəhər və rayonu əhatə etdi. Belə ki, iyulun 14-də Qazaxda başlayan tədbir 15-də Gəncədə, 16-da Ağdamda davam etdi, iyulun 17-18-də isə Şuşada yekunlaşdı. Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi-mədəni məkanlarında, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ hoteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil olundu.

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günləri bu il “Sözün hekayəsi” şüarı altında keçirilir. Bu gün Qazax rayonunda başlanan şeir, musiqi bayramı mədəniyyət beşiyimiz Şuşada davam edəcək.

Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyaların təqdimatı ilə yanaşı, Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Sözün ovçusu – "Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası da nümayiş olunacaq. Həmçinin Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək. Xaqani Şirvaninin 900 illiyi münasibətilə “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək. 

“Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq poeziya bayramı 42 illik ənənənin davamı kimi tarixə yazılacaq.

Mehparə ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see419

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see386

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see370

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see327

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see319

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see263

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see219

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see217

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see209

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see207

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see199

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see199

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see197

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see188

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see186

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see184

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see181

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see177

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see160

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri