Icma.az
close
up
RU
Şüşadan başlanan, İstanbulda bitən Sürəyya Ağaoğlu yolu Ankarada konfrans

Şüşadan başlanan, İstanbulda bitən Sürəyya Ağaoğlu yolu Ankarada konfrans

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Ankarada Türk Ocaqları Mərkəzi Qərargahının toplantı salonunda  Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə 

"Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı konfrans kecirilib. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə birgə keçirilən layihə 1903 - cü ildə Şuşada doğulan, 1910 -cu ildə ailəsi ilə birgə İstanbula köçən, Türkiyənin ilk qadın hüquq vəkili, içtimai xadim, dövrünün tanınan hüquq müdafiəçisi Sürəyya Ağaoğlunun həyatı və fəaliyyətindən bəhs  edir.  



Qeyd edək ki, layihə çərcivəsində  "Şuşadan İstanbula Sürəyya Ağaoğlu" kitabı cap olunub, Bakı Dövlət Universitetində, İlahiyyat İnstitutunda konfranslar keçirilib. 

 Konfransı giriş sözü ilə açan  Aziz Yıldan  Azərbaycan Türk Ocağının fəaliyyəti, həyata keçirdiyi layihə barədə iştirakçılara məlumat verib.

Böyük mütəfəkkir, məşhur publisist Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya göz açan Sürəyya Ağaoğlunun Türkiyə Cümhuriyyətinin inkişafına yön verən qadınlardan biri  olduğunu qeyd edən Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri  Akif Aşırlı bəzi tarixi fakt və hadisələri  konfrans iştirakçıların diqqətinə çatdırıb .A.Aşırlı S.Ağaoğlunu və bütövlükdə Ağaoğlular ailəsinin yetişdirdiyi şəxsiyyətləri  Türkiyə və Azərbaycanın ortaq dəyərləri  adlandırıb. O, bildirib ki, S.Ağaoğlu  1921 - ci ildə qızların hüquq təhsili almasının önünü açaraq böyük fədakarlıqlar göstərib. S.Ağaoölu 1928 -ci ildən müstəqil şəkildə vəkilliklə məşğul olmağa başlayıb və Türkiyə tarixində ilkə imza atıb. 1989 - cu ilə qədər öz məslək həyatından ayrılmayıb, 70 - dən cox ölkəyə səyahət edib, hüquq sahəsində bu ölkələrdə  qanunların təkmilləşdirilməsinə , öz töhfələrini verib və çağdaş dünyanın tələbinə uyğun  qanunvericilik aktlarının qəbuluna çalışıb. 


S.Ağaoğlu Türkiyədə ilk dəfə 1949 - cu ildə kimsəsiz uşaqları bir araya gətirən "Uşaq dostları" dərnəyini yaradıb, sığınacaq mərkəzi qurub. Bu mərkəzin fəaliyyəti nətiçəsində valdeyn himayəsindən və qayğısından məhrum olan yüzlərlə  uşaq normal həyata qayıdıb, cəmiyyətin yararlı üzvünə çevrilib və müxtəlif məslək sahibi olublar. 

S. Ağaoğlu  omrünün sonunadək Azərbaycan və Şuşa həsrəti ilə yaşayıb, doğma Qarabağ ləhçəsini  heç zaman unutmayıb, bu torpaqlara yenidən dönəçəyi ilə  bağlı xatirələrini yaddaşlara köçürüb. 

A.Aşırlı bildirib ki, Sürəyya xanım iki dəfə Azərbaycana rəsmi səfər etsə də , təəssüf ki, doğulduğu torpaqlara, Qarabağa, Şuşaya  gedə bilməyib.


Türk Ocaqları Baş Qərargah sədri, professor Mehmet Öz böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun Türk Ocaqlarının qurulmasında müstəsna xidmətlər göstərdiyini, Ağaoğlular ailəsinin Türkiyənin ictimai, siyasi, mədəni mühitində aktiv rol aldıqlarını vurğulayıb.  Mehmet Öz qeyd edib ki, Türk Ocaqlarının əsas hədəf və məqsədlərindən biri milli birliyə vəsilə olan  bu şəxsiyyətləri topluma yenidən tanıtmaqdır. 

Toplantının sonunda A.Aşırlı konfrans iştirakçılarına "Şüşadan İstanbula Sürəyya Ağaoğlu yolu " kitabını təqdim edib. 



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2024 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri