Icma.az
close
up
RU
Şuşalı gənc vokalistin sorağı İtaliyadan gəlir

Şuşalı gənc vokalistin sorağı İtaliyadan gəlir

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ təkcə vüqarlı dağları, qamçı-qamçı çayları, damcı-damcı bulaqları, zümrüd meşələri, təmiz havası ilə seçilmir, o, həm də folkloru, musiqisi, poeziyası, incəsənəti ilə səciyyələnir. Bu yerin insanlarını şairanə edən, musiqiyə bələyən, söz çələnginə bükən, təmiz havadır, saf iqlimdir. Təbiətin gözəlliyi insanların içindən keçir. Bu gözəllik insanların həm daxili, həm də zahiri dünyasını zənginləşdirir, onların təfəkkürünü cilalayır, fikrini aydınlaşdırır, mənəvi aləmini saflaşdırır, milli ruhunu ovxarlayır. Sözün kəsəri, kəsilən kəlmələrin dadı-duzu bununla bağlıdır.

Burada təbiət, relyef, coğrafiya, mühit milli mənəvi dəyərləri ziynətləndirir. İnsanların təbiətə sıx bağlılığını, təbiətlə qaynayıb-qarışmasını təbiət öz ədəb-ərkanı ilə qəbul edir və onlardan heç nəyini əsirgəmir-ilahi səs, xoş avaz, fitri istedad, yaddaş itiliyi, fikir aydınlığı, sevgi dolu ürək, kamillik, bütövlük, torpaq istəyi....

Çox güman ki, Səmədin bədii təfəkkürünün cilalanmasına, səsinin saflığına, yaddaşının itiliyinə, həyatının kamilləşməsinə Şuşanın gözəl təbiəti, iqlimi və təbii sərvətlərin zənginliyi də böyük təsir göstərmişdir. Doğrudur, Səməd Şuşadan yüz km-lə uzaqda-Bakı şəhərində dünyanı tanıyıb. Bununla belə nəzərə almalıyıq ki, onun atası Şuşalıdır. 

Səmədin hadisələrə yanaşma tərzindən hiss editrsən ki, onun damarında bir xısma, bir ovuc, bir qətrə də olsa, Qarabağın ruhu, Şuşanın təmiz ab-havası var. Ruhu və canı ilə doğma yurduna, Azərbaycana, Qarabağa, gözəl Şuşaya bağlılığı da bu xüsusiyyətlərdən bəhrələnir. 
Tanıtma:  Səməd Novruzov 2003-cü ildə Bakı şəhərində dünyaya gəlib. Atası Əbülqasım Novruzov  Şuşa şəhərində uşaq futbol komandasını yaradan və onu inkişaf etdirən tanınmış idmançıdır. Əslən şuşalıdır. Valideynlərindən çox gözəl tərbiyə alıb. Ədəb-ərkanı, insanlarala səmimi münasibəti, yüksək əxlaqi keyfiyyətləri ilə valideynlərinin layiqli övladı olub.

Səməd Bakı şəhərinəki Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin məzunudur.  Orta məktəb illərindən şeirə, musiqiyə, teatr tamaşalarına, idmana böyük həvəsi  olub. Məktəbdə oxuyarkən İslam Səfərlinin “Göz həkimi” tamaşasında baş rolda –Şahbazov rolunda çıxış edib və fəxri fərmanla təltif olunub. Bununla da Səmədin istedadlı bir vokalist kimi müsabiqələrdə, vestivallarda uğurlu çıxışlarına start verilib. Onun iştirak etdiyi tədbirlərin və qazandığı nailiyyətlərin xronikasına qısa da olsa, nəzər yetirmək yerinə düşərdi. 2014-cü ildə Tükiyənin İstanbul şəhərində keçirilən “Gülən cocuq” festivalının şeir müsabiqəsində uğurla çıxış edib. 

Sonralar özünü idmanın bəzi sahələrində sınayıb və uğurlu nəticələr göstərib. Belə ki, Bakı-2015 ilk Avropa oyunları Əməliyyat Komitəsinin təşkil etdiyi “Novruz” festivalında güləş yarışlarında fəxri fərmana, elə həmin ildə Bakı şəhər Gənclər və İdman baş idarəsinin Şuşa məhəllələri arasında mini futbol turnirində onun komandası birinci yerə layiq görüldüyünə görə diploma, Şuşa rayon idman idarəsi şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst döyüş növü üzrə açıq Respublika turnirində üçüncü yer tutduğuna görə diploma, Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin andan olmasının 94-cü ildnümünə həsr edilmiş tədbirdə fəal iştirakına görə diploma  layiq görülüb. 

Səmədin gözəl səsi olduğunu hiss edən atası 2018-ci ildə onu vokal sahəsi üzrə təhsil almağa yönəldib. Həmin vaxtdan da vokalist kimi fəaiyyət göstərir. Həmin ilin yanvar ayının 12-dən  martın 19-a kimi Moskva şəhərində keçirilən Beynəlxalq “TI super” layihəsinin iştirakçısı olub. Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnklüziv Orkestr” layihəsində iştirakına görə sertifikat qazanıb. Azərbaycanda keçirilən EKSPO beynəlxalq sərgisində görüşdə Üzeyir Hacıbəyovun “Sənsiz” romansını müvəffəqiyyətlə ifa edib və fəxri fərmana layiq görülüb. 

 Heydər Əliyev Mərkəzində keçirilən MDB dövlərlərinin tədbirində çıxışı alqışlarla qarşılanıb. “Mənim səsim  mənim hüquqlarım:  Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirdə fəal iştirakına görə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin imzası ilə diploma,  xalq artisti,bəstəkar Tofiq Quliyevin 2018-ci ildə 100 illik yubileyinə həsr edilmiş konsert tədbirində fəal iştirakına görə Azərbaycan Respulikası Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülüb.

Heydər Əliyev fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın dəvəti ilə  iki tədbirdə iştirak edib və orada çıxışı alqışlarla qarşılanıb. 

Ötən il çap olunan “Yazdım ki izim qalsın” Azərbaycanın yeni istedadları kitabında onun haqqında məqalə dərc olunub və  kitabın üz qabığında şəkli yer alıb.

2019-cu ildə Moskvada Kremlin Qurultaylar Sarayının səhnəsində X Beynəlxalq xeyriyyə festivalında (“Belaya Trost”) Radion Qazmanovla birlikdə “Mayak” mahnısını ifa edib və böyük alqışlarla qarşılanıb.

Səməd 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilən Beynəlxalq KOB-29 tədbirində iştirak edib və tamaşaçıların rəğbətini qazanıb. 
Əlbəttə, bu istedadlı vokalçının fəaliyyəti bununla bitmir. Əgər onun iştirakçısı olduğu və uğur qazandığı tədbirləri ardıcıllıqla saysaq, uzun bir siyahı alınar. Ancaq onu deyə bilərik ki, onun iştirak etdiyi müsabiqələrdə, festivallarda, geniş konsert salonlarında  etdiyi çıxışlar bir qayda olaraq alqışlarla qarşılanır, sahib olduğu  mükafatlar, fəxri  fərmanlar, sertfikatlar, şübhəsiz ki, onun gələcəkli bir musiqiçi olduğundan xəbər verir.

Gənc vokalist Səməd Novruzov vətənpərvər musiqiçidir. Onun üçün vətən adi sərhəd dirəkləri ilə çəpərlənmiş torpaq sahəsi deyil. Vətən onun üçün ən müqəddəs məkandır. Vətən anadır, hələ anamızdan da bir köynək ötədir. Ona görə ki, anamızın da anası Vətəndir.
Səməd bir sıra xarici ölkələrdə Azərbaycan muzsiqisini, Azərbaycan incəsənətini ləyaqətlə təmsil edib. Hara gedibsə, harda olubsa ürəyində həmişə

Azərbaycanımızın portretini  gəzdirib. Həmişə vətənini düşünüb. Elə ən yaxşı uğurlarını da vətənini düşünəndə qazanıb. 
Səməd Novruzov Bakı Musiqi Akademiyasını bitirib. Hazırda də DOST  İnklüziv və Yaradıcılıq Mərkəzində işləyir. 

Yazı çapa gedərkən öyrəndik ki, Səməd Novruzov vokal təhsilini davam etdirmək üçün İtaliyanın Florensiya şəhərinə yola düşüb. Biz istedadlı həmyerlimiz Səməd Novruzova təhsilində və gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
 

Faiq Şükürbəyli,
AJB-nin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri