Icma.az
close
up
RU
Şuşanın azad edilməsi müharibənin qırılma nöqtəsi oldu ŞƏRH EDİLDİ

Şuşanın azad edilməsi müharibənin qırılma nöqtəsi oldu ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Bu bayram ümumilikdə Azərbaycanın ən yeni tarixinin başlanğıcı kimi qiymətləndirilə bilər. Müstəqillik tariximizə nəzər saldıqda, bir çox uğurların şahidi olmuşuq. Lakin xüsusilə müstəqilliyin ilk illərində – 1990-cı illərdə – Azərbaycanın üzləşdiyi vəziyyət, qarşılaşdığı çətinliklər və gənc dövlətin yükü olduqca böyük idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Xüsusilə torpaqlarımızın işğala məruz qalması, müharibənin aktiv fazasının davam etdiyi bir dövrdə Bakıda və ölkənin digər bölgələrində şəxsi maraqların dövlət və milli maraqlardan üstün tutulması vəziyyəti daha da ağırlaşdırdı. Həmin illərdə siyasi sabitlik və milli birliyin olmaması nəticədə torpaq itkisi və ağır məğlubiyyətlərlə nəticələndi.

Bu dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi oldu. Onun rəhbərliyi ilə dövlət quruculuğu prosesində mütəşəkkil bir sistem formalaşdı, müstəqilliyin qorunması və möhkəmləndirilməsi üçün strateji xətt müəyyən edildi. Heydər Əliyevin əsas məqsədi Azərbaycanın gələcək inkişafını təmin edəcək, onu gücləndirəcək və 90-cı illərdə məğlubiyyətə səbəb olan problemləri aradan qaldıracaq dövlət konsepsiyasını yaratmaq idi.

Bu istiqamətdə ilk növbədə ordu quruculuğu sahəsində ciddi islahatlar həyata keçirildi. 90-cı illərdəki məğlubiyyətin əsas səbəblərindən biri olan vahid komandanlıq strukturunun olmaması aradan qaldırıldı. Ordu mərkəzləşdirildi, milli və peşəkar kadr hazırlığı gücləndirildi və ordunun mənəvi dayaqları milli dəyərlər üzərində formalaşdırıldı. Bununla yanaşı, diplomatik və siyasi sahələrdə də ardıcıl və düşünülmüş addımlar atıldı.

Heydər Əliyevin ömrü bütün hədəflərin tam reallaşmasına kifayət etməsə də, sevindirici haldır ki, onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin apardığı siyasətin əsas mahiyyətini Azərbaycanın 44 günlük Vətən müharibəsinə hazırlaşdırılması və bu hazırlığın nəticələrinin təmin olunması təşkil edir. Diplomatik, siyasi və hərbi sahələrdə uzunmüddətli, ardıcıl və strateji yanaşma zəfərin əsasını qoydu.

2016-cı ilin Aprel döyüşləri bu qələbənin ilk böyük xəbərçisi oldu. Həmin döyüşlər zamanı az sayda ərazi azad olunsa da, ən vacib məqam Azərbaycan ordusunun və xalqının öz gücünə inamının bərpası idi. Bu döyüşlər göstərdi ki, Azərbaycan ordusu artıq məğlub ordusu deyil və istənilən an qələbə qazanmaq gücündədir. Psixoloji üstünlüyün əldə edilməsi milli ruhun dirçəlişində mühüm rol oynadı. Bu inamın formalaşmasında Mübariz İbrahimov kimi qəhrəmanların şücaəti, həmçinin Ramin Səfərov hadisəsi kimi nümunələr böyük rol oynadı. Azərbaycan əsgəri və zabiti milli ləyaqətini hər şeydən üstün tutduğunu sübut etdi.

Naxçıvan və Tovuz döyüşləri də qələbəyə gedən yolun mühüm mərhələləri oldu. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan ordusu həm mənəvi, həm texniki, həm də təşkilati cəhətdən tam hazır vəziyyətdə idi. Orduda vahid komandanlıq, ciddi nizam-intizam və yüksək döyüş ruhu mövcud idi. Xalqla iqtidar arasında yaranmış güclü birlik isə bu prosesə əlavə güc verdi.

Azərbaycanın beynəlxalq nüfuzu da həmin illərdə əhəmiyyətli dərəcədə artdı. Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin həm siyasi, həm mədəni, həm də iqtisadi imicini gücləndirdi. Bunlar sadəcə tədbir deyil, dövlətin dünyada öz mövqeyini möhkəmləndirməsi üçün strateji addımlar idi.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu qısa müddətdə işğal altında olan ərazilərin 80 faizini azad etdi. Xüsusilə Şuşa şəhərinin azad olunması müharibənin taleyini dəyişən əsas strateji qələbə oldu. Müharibənin minimal itkilərlə və maksimal nəticə ilə başa çatması ordumuzun yüksək hazırlığının göstəricisi idi. Bu zəfər həm də beynəlxalq hüququn və BMT qətnamələrinin faktiki icrası demək idi.

Azərbaycan müharibədən sonra da sülh və əməkdaşlıq mesajını davam etdirdi. İşğaldan azad edilən ərazilərdə yaşayan erməni əhalisinin reinteqrasiyası istiqamətində addımlar atıldı, lakin onların böyük hissəsi könüllü şəkildə Ermənistana köçdü. Hazırda həmin torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, şəhərlər, kəndlər, yollar və infrastruktur yenidən salınır. Bu zəfər Azərbaycan xalqının birliyinin, iradəsinin və qətiyyətinin təzahürüdür. Artıq Azərbaycan müharibədən deyil, sülhdən danışır. Qarabağda həyat yenidən qurulur və gələcək nəsillər üçün daha güclü, təhlükəsiz və firavan vətənin formalaşdırılması təmin olunur. 8 noyabr – Zəfər Günü – yalnız hərbi qələbə deyil, həm də milli ruhun, dövlətçilik düşüncəsinin və birlik ideyasının təntənəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri