Şuşanın işğalına görə təltif olunan general mənzildən çıxarılır
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda general-mayor Armen Kaqramanyanın yaşadığı xidməti mənzillə bağlı məsələ məhkəmə müstəvisinə çıxıb.
Demokrat.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi İnstitutunun sabiq rəisi, Qarabağın işğalında iştirak etmiş general-mayor Armen Kaqramanyana 2009-cu ildə verilmiş 57,7 kvadratmetrlik xidməti mənzilin boşaldılması barədə bildiriş göndərilib.
Bu barədə onun vəkili Roman Yeritsyan məlumat yayıb.
Vəkilin sözlərinə görə, Qarabağdan olan Armen Kaqramanyan müxtəlif illərdə artıq mövcud olmayan separatçı rejimin silahlı birləşmələrində və rəhbər strukturlarında müxtəlif vəzifələr tutub. Daha sonra Ermənistan Silahlı Qüvvələrində xidmətini davam etdirən Kaqramanyan 2015-ci ilin fevralından etibarən Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi İnstitutuna rəhbərlik edib.
Qeyd olunub ki, o, Ermənistan tərəfindən “Müqəddəs Vardan Mamikonyan” ordeni, “İgidliyə görə” medalı, “Şuşanın işğalına görə” medalı və II dərəcəli “Döyüş Xaçı” ordeni də daxil olmaqla 12 dövlət və qurum mükafatı ilə təltif olunub.
Armen Kaqramanyan 2018-ci ilin oktyabrında ağır xəstəliyə görə vəzifəsindən azad edilib və hazırda da müalicəsini davam etdirir.
Vəkil bildirib ki, sözügedən mənzil Armen Kaqramanyan və ailə üzvlərinin Ermənistan Respublikasındakı yeganə yaşayış yeridir.
Məsələ ilə bağlı Ermənistanın İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim olunub. İddiada Müdafiə Nazirliyindən həmin addımın atılmamasının təmin edilməsi tələb olunur.(Musavat.com)
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Şuşanın işğalına səbəb olmuş Tehran görüşü
14 Mart 2025 23:20
Ermənistan Şuşanın işğalına belə hazırlaşıbmış SƏNƏDLƏR AÇIQLANDI
24 Aprel 2025 15:23
Sarkisyan Şuşanın işğalına dair əməliyyat xəritəsini üzə çıxardı
03 May 2025 15:57
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olundu
01 May 2025 14:26
Şuşanın azadlığının 4cü ili...
08 Noyabr 2024 00:14
Baxış sayı:177
Bu xəbər 31 May 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















