Icma.az
close
up
RU
Şuşaya alternativ yolun QİYMƏT CƏDVƏLİ

Şuşaya alternativ yolun QİYMƏT CƏDVƏLİ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib.

Lent.az xəbər verir ki, bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov Qərar imzalayıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafının, turizm potensialının, daxili yol şəbəkəsinin şaxələndirilməsi və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu salınıb.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin tərkibinə aid olmaqla xüsusi əhəmiyyət kəsb edir.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 aprel tarixli Qərarı ilə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi müəyyən olunub.

Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır. 

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu alternativ yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcəkdir. 

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını, başlanğıcını Hacıqabul-Mincivan magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu da Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Müvafiq yoldan istifadə üzrə gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib.

Yeni yaradılmış Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi üzrə gediş tarifləri müəyyənləşdirilib.

Yeni ödənişli avtomobil yolu üzrə 1 km üçün gediş ödəniş məbləğləri ƏDV daxil:

    Minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 8,6 qəpik (bütün yol üçün 6,99 manat),
    Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə 10,6 qəpik (bütün yol üzrə təxminən 8,62 manat),
    Avtobuslar üzrə 7,1 qəpik (bütün yol üçün 5,77 manat),
    Qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələri üzrə 17,7 qəpik (bütün yol üçün 14,39 manat) müəyyənləşdirilib.

Həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gediş tarifi Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5,0 qəpik müəyyən olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyun 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri