Şuşaya gedənlərə xəbərdarlıq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə AAYDA-nın "Facebook" hesabında bildirili b.
“Qarlı və şaxtalı hava şəraitində Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa avtomobil yolundan istifadə etməyə üstünlük vermələri tövsiyə olunur”, – qurumun paylaşımında diqqətə çatdırılıb.
Baxış sayı:18
Mənbə:https://publika.az