Icma.az
close
up
RU
Şuşaya getmək istədilər Tur şirkəti aldatdı

Şuşaya getmək istədilər Tur şirkəti aldatdı

Icma.az bildirir, Azpost portalına istinadən.

Şuşaya səfər etmək üçün həftələr öncədən pul ödəyən turistlər tur şirkətinin məsuliyyətsizliyinə görə avtobusa buraxılmayıblar. AzPost xəbər verir ki, bu barədə sosial şəbəkədə Şəlalə Şabanova şikayətini bölüşüb.

Onun sözlərinə görə, ailəsi ilə birlikdə “4 Fəsil Travel” adlı tur şirkətinə müraciət edərək 3 nəfərlik tur paketi alıb və bütün qeydiyyat prosedurlarını tamamlayıb. Toplanma məkanı və bələdçinin əlaqə nömrəsi də onlara təqdim olunub. Lakin səfər günü xoşagəlməz sürprizlə üzləşiblər – avtobusdakı 48 yer dolduqdan sonra onlara siyahıda adlarının olmadığı bildirilib.

“Bizi avtobusa buraxmadılar, dedilər gələn həftə gələrsiz. Etiraz etdikdə bələdçi bizi satış menecerinə yönləndirdi, o isə Osman adlı rəhbərə. Sonda bizdən soruşulan sual bu oldu: ‘Taksi üçün nə qədər pul vermisiz?’” – deyə Şabanova yazıb.

Şikayətçiyə görə, bu, şirkətdə artıq adi hala çevrilib. Sürücünün özünün etirafına əsasən, bir müddət əvvəl də Kürdəmirdən gələn iki yaşlı turist oxşar səbəbdən geri qaytarılıb.

Turistlərin iddiasına görə, şirkət 48 nəfərlik avtobusu doldurmaq üçün əlavə müştəri qeydiyyata alaraq özünü “sığortalayır”, nəticədə isə bəziləri kənarda qalır.

Şabanova sonda digər vətəndaşlara xəbərdarlıq edərək yazıb: “Biz aldandıq, siz aldanmayın. Bu, məsuliyyətsizlikdən başqa bir şey deyil.”

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see342

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see316

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see316

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see302

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see294

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see288

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see281

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see269

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see269

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see264

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see241

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see233

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see232

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see230

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see229

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see229

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see225

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see222

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see216

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri