Icma.az
close
up
RU
Şüşə qablardakı içkilərdə plastik butulkalardakından daha çox mikroplastik tapılıb TƏDQİQAT

Şüşə qablardakı içkilərdə plastik butulkalardakından daha çox mikroplastik tapılıb TƏDQİQAT

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Qida Təhlükəsizliyi Agentliyinin (ANSES) apardığı tədqiqat şüşə qablaşdırmalarla bağlı geniş yayılmış təhlükəsizlik təsəvvürlərinə yenidən baxmağı gündəmə gətirir. “Journal of Food Composition and Analysis” jurnalında dərc edilən tədqiqatın nəticələri göstərir ki, şüşə butulkalarda satılan bəzi içkilərdə plastik butulkalara nisbətən əhəmiyyətli dərəcədə daha çox mikroplastik hissəcik mövcuddur.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, tədqiqatın əsas məqsədi Fransada istehlak edilən müxtəlif növ içkilərdə mikroplastiklərin miqdarını müəyyənləşdirmək və qablaşdırma materiallarının bu çirklənməyə təsirini təhlil etmək olub. ANSES-in tədqiqat direktoru Qiyom Düflosun verdiyi məlumata görə, analiz olunan nümunələr içərisində sərinləşdirici içkilər, qazlı içkilər, limonad, soyuq çay, pivə və şərab yer alıb. Nəticələrə əsasən, şüşə butulkalarda satılan içkilərdə 1 litrə orta hesabla 100 mikroplastik hissəcik aşkarlanıb. Bu da plastik qablardakından 5-50 dəfə yüksək göstəricidir. Plastik butulkalarda bu göstərici təxminən 1,6 hissəcik, şüşə butulkalarda isə 4,5 hissəcik təşkil edib. Limonad və pivə kimi içkilərdə mikroplastik miqdarı müvafiq olaraq 40 və 60 hissəcik/litr səviyyəsində ölçülüb.

Tədqiqat qrupu nəticələrin gözlənilməz olduğunu bildirib. Mikroplastiklərin şüşə qabların qapaqlarının kənarındakı boyadan qaynaqlandığını iddia edilir. Analiz nəticəsində bu hissəciklərin forma, rəng və polimer tərkibi baxımından qapaq boyası ilə üst-üstə düşdüyü müəyyənləşib.

Agentliyin bəyanatında qeyd edilir ki, qapaqlardakı boya səthində adi gözlə görünməyən xırda cızıqlar mövcuddur və bu da mikroplastik hissəciklərin içkiyə keçməsinə səbəb ola bilər. Bununla belə, mikroplastiklərin sağlamlıq üçün risk səviyyəsini müəyyənləşdirmək hələ ki mümkün deyil. Çünki hazırda bu istiqamətdə təsdiqlənmiş istinad dəyərləri yoxdur.

ANSES-in araşdırması içki istehsalçılarının mikroplastik çirklənməni azaltmaq üçün tədbirlər görə biləcəyini də göstərir. Qapaqların təzyiqli hava ilə üfürülməsi, ardından su və spirtlə yuyulması kimi metodlar çirklənməni 60 faizədək azalda bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri