Icma.az
close
up
RU
Şüşə > Şüşa > Şiişe

Şüşə > Şüşa > Şiişe

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Araz Əhmədoğlu

Seyid Əzim Şirvani:

"Şəhr-i Qarabâğa 'Şişə' qoymuşlar âd,

Bu şəhr pərilərdən olubdur âbâd.

Təsxir-i pəri şişədə qılmaq xoş dır,

Amma bu pərirulər əlindən fəryad!"

şüşə > Şuşa > şişə > şiişe

Türki dilində "şüşə" olan sözcüyünü çağdaş farslar "şiişe" (uzun i səsi ilə) tələffüz edir. Amma Taciklər, Əfğanlar, hətta indiki İranın özündə Tehrandan başqa farsların çoxu "şiişə" tələffüz edirlər.

Bizim ana dilimiz Türkidən alınmıs bu sözcüyün düz tələffüzü, düz yazılışı "şüşə" dir. Şuşa adı "şüşə" sözcüyünün düz tələffüzünü özündə qala kimi kimi qoruyub saxlayır.

Elə bu şəkildə siz Şuşa qalasının duvarını da görürsüz.

S. Ə. Şirvani, eləcə də başqa klasiklərimiz əruz vəzinin tələffüzünə görə "şiişə" yazıb tələffüz ediblər.

Bu rubaidə Şirvani belə deyir: "Qarabağ şəhərinə "Şişə" adı qoyublar. Bu şəhər oradakı pərilərin/gözəllərin var olduğuna görə abad olub. Pərini/Cini tutub şüşəyə salıb saxlamaq xoş dır. Buna baxmayaraq, bu pəri üzlü gözəllərin əlindən fəryad!"

Bir farsdan"Şiişə nə dir?" soruşduqda, "tez qırılan, iti bir maddə dir, silisdən düzələr," deyər. Amma bizim dildə "şüş", "şüşlənmək", "şüşəlmək", "şüşləmək", sözcükləri var. Türkidə "şüşə" "qırılar əyilməz, sınar qatlanmaz" anlamaında bir sifət/əlamət dir. İndi siz deyin: "şüşə" düz di, yoxsa "şiişə"?

"Azərbaycanca"/"Azərbaycan ədəbi dili"nin tərəfdarları öz dilimizdə olan "duvar" sözcüyünün fars dilində, fars ağzıyla tələffüz edilməsini sevir.

Ana dilimizdə "duvar" durmaq felindən yaranmış "durar" sonra "duvar" olub. Məgər "duvar" ayaq üstdə durmaq anlamında dəyil?

Amma fars dilində "divar" sadəcə həyətin dörəsinə çəkilmiş bir tikinti dir.

Hansı tələffüz kök sözcüyün anlamını özündə daşıyır? Əlbəttə düz tələffüz edilən "duvar". Elə isə niyə özümüzü özgələrindən dilindən asmalıyıq?

Ondan başqa bizdə belə cümlələr quruluşu, anlamı var:

"Gəncə Bakıca ola bilərmi?"

"Bakı İstanbulca ola bilərmi?"

"İstanbul Tokioca ola bilərmi?"

Bu cümlələrdə "-ca" əki "... yekəlikdə, böyüklükdə" anlamında dır. Başqa bir örnək:

"Gürcüstan Rusca ola bilərmi?"

İndi sizcə "Rusca" dil adı ola bilərmi? Olmaz. "Rusca" Rus ölkəsi yekəlikdə demək dir.

"Küveyt Azərbaycanca ola bilərmi?" Yox, Azərbaycan daha böyükdür. Hələ daha da böyük olacaq inşallah!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri