Icma.az
close
up
RU
COP29 Sədri: Bakı iqlim diplomatiyasında etimad və şəffaflığın yeni mərhələsini açdı

COP29 Sədri: Bakı iqlim diplomatiyasında etimad və şəffaflığın yeni mərhələsini açdı

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

İqlim dəyişmələri artıq qeyri-sabitlik və miqrasiya proseslərinə təsir göstərir. Əgər qlobal hərəkətliliyi artırmasaq, bu əlaqə daha da dərinləşəcək. Buna görə biz Bakıda 130-dan çox ölkənin dəstəklədiyi COP29 Bakı Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyəti Çağırışı irəli sürdük. Bu təşəbbüs iqlim və münaqişə arasında qarşılıqlı təsiri qabardaraq ən həssas insanların müdafiəsinə yönəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 sədri Muxtar Babayev Paris Sülh Forumu çərçivəsində çıxışında bildirib. Muxtar Babayev iqlim və sülhün təşviqi sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini də vurğulayıb.

COP29 Sədri qeyd edib ki, Paris Sazişinin ilk onilliyində dünya ölkələri iqlim böhranına qarşı kollektiv cavab mexanizmini formalaşdırıblar: “Bakıdakı COP29-da biz nəhayət Paris Qaydalar Kitabını tamamladıq və iqlim fəaliyyətinin növbəti onilliyi üçün icra mexanizmlərini təsdiqlədik. Bu, ölkələrin hələ də razılığa gələ bildiyini və çoxtərəfli diplomatiyanın işlədiyini sübut etdi”.

Muxtar Babayev iqlim prosesinə inamın bərpasının növbəti mərhələdə əsas hədəf olduğunu bildirib: “Builki görüşlərimizdə açıq şəkildə gördük ki, tərəflər arasında etimad çatışmazlığı var. Biz bu etimadı bərpa etməliyik. Bunun açarı şəffaflıq və maliyyədir”.

Onun sözlərinə görə, Bakı Şəffaflıq Platforması ölkələrin milli iqlim planlarını hazırlamasına dəstək məqsədilə yaradılıb və artıq 100-dən çox ölkə bu planlarını BMT-yə təqdim edib. COP29 sədri maliyyə məsələsinə də toxunub: “İnkişaf etməkdə olan ölkələrə vəd olunan dəstəyin təmin olunması vacibdir. Biz Qlazqoda verdiyimiz sözə uyğun olaraq, bu ilin sonuna qədər adaptasiya maliyyəsini ikiqat, 2030-cu ilə qədər isə BMT İqlim Fondlarının vəsait axınını üçqat artırmalıyıq. Donorlar isə Bakıda vəd etdikləri 300 milyard dollarlıq öhdəliyin ədalətli payını necə yerinə yetirəcəklərini açıqlamalıdırlar”.

COP prosesinin iqlim böhranına cavab vermək üçün ən legitim platforma olduğunu diqqətə çatdıran M.Babayev bildirib: “Qarşıda duran vəzifəmiz aydındır - biz qurduğumuzu qoruyub saxlamalı, şəffaf əməkdaşlıq etməli və nəticələr vasitəsilə etimadı gücləndirməliyik. COP30-da Belenlə başlayan yeni mərhələdə iqlim diplomatiyasının gücünü birlikdə artıracağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri