Sutka ərzində İsrailin Qəzzaya hücumları nəticəsində üç nəfər həlak olub
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son sutka ərzində İsrailin Qəzza sektoruna hücumları nəticəsində azı üç nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.
"Report"un "Al Jazeera"yə istinadən verdiyi məlumata görə, bu barədə səhiyyə sistemindəki mənbələr bildiriblər.
Mənbənin sözlərinə görə, gecə və bazar günü reydləri zamanı İsrail qüvvələri Qəzza sektorunun cənubunda yerləşən Rəfah və Xan-Yunis şəhərlərini, Qəzza şəhərinin cənub-şərqindəki Zeytun rayonunu və anklavın digər ərazilərini hədəfə alıb.
"Wafa" agentliyi də Qəzza şəhərində Tuffa və Zeytun rayonlarının şərq hissəsində artilleriya atəşləri, həmçinin həmin günün sonrakı saatlarında hərbi texnika ilə atəş açılması barədə məlumat yayıb.
Məlumata görə, İsrail təyyarələri həmçinin anklavın mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsinin şərq hissəsində, eləcə də Qəzzanın şimalındakı Cəbaliya və Beyt-Lahiyada bir neçə əraziyə zərbələr endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 11 Yanvar 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















