Icma.az
close
up
RU
Suveren Azərbaycanın strateji kursu regionda sabitlik və inkişaf amilidir

Suveren Azərbaycanın strateji kursu regionda sabitlik və inkişaf amilidir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Qarabağda uzun illər davam edən hərbi-siyasi gərginlik ədalətli şəkildə həllini tapmış, Azərbaycanın tarixi zəfərləri regionda yeni dövrün başlanğıcı kimi mütərəqqi rol oynamışdır. Bu amillər dövlətin qətiyyətli siyasətini, ordunun peşəkarlığını və xalqın birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.

2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat İkinci Qarabağ müharibəsinin bitməsini təmin etsə də, bölgədə mövcud olan erməni silahlı birləşmələrinin tam çıxarılması ilə bağlı müddəalar uzun müddət icra edilmədi. Halbuki, həmin sənədə əsasən Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməli, qeyri-qanuni silahlı dəstələr isə tərksilah edilməli idilər. Lakin sonrakı illərdə Ermənistan rəhbərliyi və separatçı qüvvələr bu öhdəlikləri yerinə yetirmədi, əksinə, yeni silahlar, döyüş texnikaları və canlı qüvvə bölgəyə daşınırdı. Qarabağda “müstəqillik” iddialarını davam etdirən separatçılar Azərbaycan dövlətinə qarşı təxribatçı bəyanatlar verirdilər.

Azərbaycan bütün bu müddət ərzində səbr və humanizm nümayiş etdirərək problemi sülh yolu ilə həll etməyə çalışırdı. Rəsmi Bakı dəfələrlə Ermənistan rəhbərliyinə, beynəlxalq ictimaiyyətə və vasitəçilərə müraciət edərək bölgədəki qeyri-qanuni hərbi qüvvələrin çıxarılmasının vacibliyini xatırladırdı. Bununla yanaşı, azərbaycanlılarla ermənilərin Qarabağda dinc və birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesi üçün şərait yaradır, qarşı tərəfi əməkdaşlığa dəvət edirdi. Lakin Ermənistan tərəfi hər dəfə bu çağırışlardan yayınır, bölgədə yeni hərbi təxribatlara əl atırdı.

2021-ci ildən etibarən sərhəddə gərginliklər artdı, delimitasiya danışıqları nəticəsiz qaldı. 2023-cü ilin yaz və yay aylarında isə erməni silahlı birləşmələri Azərbaycanın mövqelərinə və mülki əhalisinə qarşı yeni hücumlar təşkil etdilər. Ən təhlükəli məqamlardan biri isə Qarabağ ərazisinə Ermənistandan kütləvi şəkildə minaların gətirilməsi və basdırılması oldu. Bu fakt bir daha göstərdi ki, Ermənistan və separatçı qüvvələr bölgədə sülhün bərqərar olmasında maraqlı deyillər.

Azərbaycanın qətiyyətli addımları ilə 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu. Bununla, Ermənistan tərəfindən qeyri-qanuni silah daşımalarının qarşısı alındı, dövlət sərhədlərimizdə nəzarət tam təmin edildi. Lakin separatçı rejim bundan sonra da öz fəaliyyətini davam etdirdi, qanunsuz silahlı dəstələr mövqelərini gücləndirdi.

Nəhayət, 2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin törətdiyi genişmiqyaslı terror aktları Azərbaycanın hərbçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələndi. Bu təxribatlar Azərbaycanın səbr kasasını daşıran son damla oldu. Dövlətimiz milli təhlükəsizliyi və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başladı.

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərərək düşmənin hərbi obyektlərini dəqiq zərbələrlə sıradan çıxardı. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizləndi, yüzlərlə döyüş texnikası məhv edildi və 18 mindən çox atıcı silah ələ keçirildi. Ən önəmlisi isə Ermənistan ordusunun qalıqları və separatçı silahlı dəstələr tam şəkildə tərksilah edildi. Azərbaycan Ordusu əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirdi. Erməni sakinlər öncədən SMS, vərəqələr və səsgücləndirici vasitələrlə xəbərdar edildi. Uşaqlar, qadınlar, qocalar və xəstələr üçün xüsusi humanitar dəstək tədbirləri həyata keçirildi. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyini və insanpərvər mövqeyini bir daha təsdiq etdi.

Antiterror tədbirləri yalnız hərbi qələbə ilə yekunlaşmadı, həm də separatizmin sonunu gətirdi. Qarabağda qeyri-qanuni “rejim”in başçıları məğlubiyyətlərini etiraf etmək məcburiyyətində qaldılar. Sentyabrın 28-də Samvel Şahramanyan qondarma qurumun buraxılması barədə sənəd imzaladı. Bununla, bölgədə separatçı xunta rejimi tamamilə ləğv olundu. Əməliyyatdan dərhal sonra Yevlaxda erməni icmasının nümayəndələri ilə görüş keçirildi. Azərbaycan tərəfi onlara reinteqrasiya şərtlərini təqdim etdi, bölgədə yaşamağa davam edib-etməmək barədə sərbəst qərar vermək imkanı yaratdı. Bu yanaşma bir daha dövlətimizin humanist və inklüziv siyasətinin bariz nümunəsi oldu.

19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımız dalğalandırıldı. 2023-cü il oktyabrın 15-də isə Ali Baş Komandan İlham Əliyev həmin şəhərlərdə Dövlət Bayrağını şəxsən ucaldaraq bu tarixi Qələbəni bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu əlamətdar gün Azərbaycan xalqının müstəqilliyi və suverenliyinin qorunması, milli maraqlarının təmin olunması yolunda göstərilən qəhrəmanlıq və qətiyyətin təzahürü olaraq qeyd edilir.

Beləliklə, qısa müddətdə aparılmış bu parlaq əməliyyat regionda yeni reallıqların formalaşmasına səbəb oldu. Tarixi Zəfər bir daha göstərdi ki, Azərbaycan öz suveren hüquqlarını qorumaq və milli maraqlarını təmin etmək əzmindədir. Əldə edilən qəti Qələbə isə bölgədə uzunmüddətli sülh və təhlükəsizlik üçün əsaslı zəmin yaratdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Sentyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri