Icma.az
close
up
RU
Suveren Azərbaycanın yeni siyasi mərhələsi

Suveren Azərbaycanın yeni siyasi mərhələsi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışının siyasi məntiqini bir anlayış ətrafında ümumiləşdirmək mümkündür: suverenlik. Lakin çıxışda suverenlik yalnız ərazi bütövlüyü və dövlət sərhədləri üzərində nəzarət kimi təqdim olunmur. Burada söhbət daha geniş dövlətçilik modelindən — ölkənin öz qərarlarını sərbəst qəbul etməsindən, iqtisadi və təhlükəsizlik imkanlarına söykənməsindən, xarici siyasətini milli maraqlar əsasında müəyyənləşdirməsindən gedir.

Qurultayın keçirildiyi siyasi mərhələ də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra keçirilən ilk YAP qurultayıdır. Bu fakt özü çıxışın siyasi tonunu müəyyənləşdirir: artıq əsas məsələ suverenliyin əldə edilməsi deyil, onun davamlı və geri dönməz dövlət siyasətinə çevrilməsidir.

Məhz bu kontekstdə Prezidentin xarici siyasətlə bağlı səsləndirdiyi fikir xüsusi məna qazanır. Dövlət başçısı vurğuladı ki, Azərbaycan siyasətini elə qurmalıdır ki, heç kim onun daxili işlərinə və qərarvermə prosesinə müdaxilə edə bilməsin.Söhbət beynəlxalq münasibətlərdə iştirak edən, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlıq quran, lakin heç bir güc mərkəzindən asılı vəziyyətə düşməyən dövlət modelindən gedir. Başqa sözlə, Azərbaycan üçün açıq xarici siyasətlə müstəqil qərarvermə bir-birinə zidd anlayışlar deyil. Əsas prinsip münasibətlərin bərabərhüquqlu olması və milli maraqların kənar iradəyə tabe etdirilməməsidir.

Bu yanaşmanın tarixi əsasları ümummilli lider Heydər Əliyevin dövlətçilik kursunda aydın görünür.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın formalaşdığı illərdə dəfələrlə vurğulayırdı ki, hər bir xalq və dövlət öz gələcəyini, siyasi yolunu və dövlət quruluşunu özü müəyyən etməlidir. Başqa dövlətlərin daxili işlərə müdaxiləsinin qəbuledilməzliyi onun xarici siyasət fəlsəfəsinin mühüm prinsiplərindən biri idi.

Bu baxımdan ulu öndər Heydər Əliyevin dövlətçilik xətti ilə Prezident İlham Əliyevin bugünkü siyasi mesajları arasında aydın ardıcıllıq hiss olunur.

Ancaq həmin prinsipin səsləndiyi tarixi şərait dəyişib. 1990-cı illərdə Azərbaycan üçün əsas vəzifə müstəqilliyi qorumaq, dövlət institutlarını formalaşdırmaq, daxili siyasi sabitliyi təmin etmək və ağır iqtisadi böhrandan çıxmaq idi. Həmin mərhələdə “öz taleyinin sahibi olmaq” ilk növbədə dövlətin mövcudluğunu və siyasi müstəqilliyini qorumaq demək idi. Bu gün isə eyni prinsip fərqli siyasi, iqtisadi və hərbi imkanlar fonunda səslənir.

Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib, iqtisadi resurslarını genişləndirib, beynəlxalq enerji və nəqliyyat layihələrində mühüm mövqe qazanıb, təhlükəsizlik və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırıb.Beləliklə, dəyişən prinsip deyil, həmin prinsipi həyata keçirmək üçün dövlətin malik olduğu imkanlardır.

Ulu öndərin müəyyən etdiyi müstəqil dövlətçilik xətti Prezident İlham Əliyevin siyasətində artıq daha geniş iqtisadi, hərbi və diplomatik resurslara söykənən suveren qərarvermə modelinə çevrilib.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də qarşıya qoyulan strateji məqsədlərə sistemli yanaşmadır. Dövlət başçısı 2003-cü ildən etibarən Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsas milli hədəflərdən biri kimi müəyyənləşdirildiyini və sonrakı illərdə bu məqsədə ardıcıl şəkildə hazırlaşıldığını xatırlatdı.

Bu baxımdan iqtisadi inkişaf, ordu quruculuğu, müdafiə sənayesinin yaradılması, enerji strategiyası və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi bir-birindən ayrı proseslər kimi deyil, vahid dövlət strategiyasının müxtəlif elementləri kimi qiymətləndirilə bilər.

Burada vacib məqam ondan ibarətdir ki, siyasi müstəqillik yalnız siyasi iradə ilə təmin olunmur. Dövlətin sərbəst qərar verməsi üçün iqtisadi dayaqları, təhlükəsizlik imkanları, güclü institutları və qərarlarını müdafiə edə biləcək potensialı olmalıdır.

Bu mənada Prezident İlham Əliyevin növbəti mərhələdə də hərbi potensialın gücləndirilməsini prioritet kimi göstərməsi ümumi suverenlik konsepsiyasının davamıdır. Məntiq sadədir: müstəqil siyasət yürütmək üçün yalnız qərar vermək kifayət deyil, həmin qərarı qorumaq imkanına da malik olmaq lazımdır.

Prezidentin “öz taleyimiz öz əlimizdədir” fikri də məhz bu mənada daha geniş məzmun daşıyır. Dövlətin taleyinə özü sahib çıxması üçün onun qərarvermə azadlığı real iqtisadi imkanlarla təmin olunmalıdır. Bu səbəbdən iqtisadi müstəqillik, müdafiə qabiliyyəti və müstəqil xarici siyasət eyni siyasi modelin müxtəlif tərəfləridir.

Beləliklə, VIII Qurultayda səslənən fikirlər Azərbaycanın dövlətçilik siyasətində yeni mərhələnin əsas konturlarını göstərir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra qarşıda duran məsələ artıq yalnız əldə olunmuş nəticələri qorumaq deyil, bu suverenliyi siyasi, iqtisadi və təhlükəsizlik baxımından davamlı dövlət modelinə çevirməkdir. Müstəqil qərarvermə, iqtisadi güc, müdafiə qabiliyyəti və milli maraqlara əsaslanan xarici siyasət bu modelin bir-birini tamamlayan əsas dayaqlarıdır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitdə ardıcıl davam etdirilməsi də məhz bu siyasi xəttin mahiyyətini ifadə edir: dəyişən Azərbaycanın imkanlarıdır, dəyişməyən isə əsas prinsipdir -Azərbaycanın taleyi kənarda deyil, onun öz siyasi iradəsi ilə müəyyən olunur.

Aytən Qurbanova
YAP Yasamal rayon “H.B.Zərdabi pr.61” (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Oktyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri