Icma.az
close
up
RU
“Suverenliyin tam bərpası Böyük Zəfərin məntiqi nəticəsi idi“ ŞƏRH OLUNDU

“Suverenliyin tam bərpası Böyük Zəfərin məntiqi nəticəsi idi“ ŞƏRH OLUNDU

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Suverenlik dövlətin ərazi bütövlüyünün əsası və təminatı, onun sərhədlərini və onları idarə etmək hüququnu təmin edir. 30 il əvvəl, 1995-ci ilin noyabrında Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyamızın Preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nigar Məmmədova deyib.

Deputat bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrında həyata keçirilmiş 23 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Bu səbəbdən 23 saatlıq antiterror əməliyyatları tarixə həm də suverenliyin tam bərpası əməliyyatı kimi düşdü.

2020-ci il noyabrın 10-da imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin, separatçı rejimin mövcudluğu ciddi təhlükəsizlik problemləri yaradırdı. Əslində, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idi. Lakin bu istiqamətdə heç bir fəaliyyət qeydə alınmadı. Əksinə, separatizm meylləri daha da gücləndi. Azərbaycan isə işğala məruz qalan tərəf olmasına baxmayaraq, mövcud gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin etmək istiqamətində praktik addımlar atırdı. Rəsmi Bakının bütün addımları regionda konstruktiv mühit yaratmağa hesablanmışdı. Amma qarşı tərəf ən radikal davranışlar sərgiləyir, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirir, qondarma seçkilər təşkil edir, regionda vəziyyətin gərginləşməsi üçün əlindən gələni edirdi. Ermənistanda istehsal olunan minalar, qanunsuz silah-sursat Azərbaycanın işğal altında olan ərazilərinə daşınırdı. Bu proses Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər davam etdi.

2023-cü il aprelin 23-də Laçında quraşdırılan sərhəd-keçid məntəqəsi terror məqsədilə həyata keçirilən məkrli fəaliyyətin qarşısını aldı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilərək müxtəlif yerlərdə basdırılırdı. Sentyabrın 19-da isə erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu.

Beləliklə, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam edən, sentyabrın 20-də uğurla başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.

Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı, 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə məntiqi sonluğuna çatdı. Bu, Azərbaycan ərazilərində qondarma erməni dövləti yaratmaq xülyasının sonu və separatizmin kökünün kəsilməsi demək idi.

Beləliklə, Azərbaycan regionu erməni faşizmindən birdəfəlik xilas etdi, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda da Azərbaycan bayrağı ucaldıldı. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Cənab Prezidentin sərəncamı ilə hər il sentyabrın 20-sini Dövlət Suverenliyi Günü kimi qeyd edən Azərbaycan xalqı bir daha öz taleyinə sahib olduğunu, müstəqil dövlətini yaradaraq inkişaf etdirdiyini dünyaya bəyan etmiş oldu”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Sentyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri