Icma.az
close
up
RU
Suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb ŞƏRH AZƏRTAC

Suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində 2024-cü ilin yekunları, regionda mövcud vəziyyət, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı fikirlərini ifadə etdi. Eyni zamanda, dövlətimizin başçısı müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini açıqladı. Bütövlükdə, müsahibə ölkəmizin gələcək hədəfləri baxımından aydın mesajların verilməsi ilə də diqqəti cəlb edir

Bu fikirləri AZƏRTTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Dövlətimizin başçısı müsahibədə sülh üçün komponentləri vurğuladı. Bütövlükdə, 2024-cü ildə də Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri və strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrilib. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, görüşləri və bu çərçivədə imzalanan sənədlər mühüm rol oynayıb. Belə ki, enerji, nəqliyyat və investisiya sahələrindəki razılaşmalar Azərbaycanın qlobal tərəfdaşlıq potensialını daha da artırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda rolunun güclənməsi, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək göstərməsi, həmçinin türk dövlətləri arasında əlaqələrin inkişafına verdiyi töhfələr respublikamızın dünya arenasında yerini əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmizin malik olduğu bərpaolunan enerji potensialı, Şərqdən Qərbə gedən nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi, özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi, eyni zamanda, Prezident İlham Əliyevin sözünün imzası qədər dəyərli olması beynəlxalq aktorları Azərbaycanla əməkdaşlığı genişləndirməyə sövq edir. Təbii ki, burada ölkəmizin regionda sülhün və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar da mühüm rol oynayır.

Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Prezident İlham Əliyev müsahibədə sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimizin qəbul ediləcəyinə ümidvar olduğunu bildirərək vurğulayıb: “Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər”. Dövlətimizin başçısının xüsusilə Zəngəzur dəhlizi ilə bağlı mesajı da Ermənistanı düşündürməlidir: “Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib”.

“Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Eləcə də, Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi, bu platformanın önəmi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlər ifadə olundu. Ən önəmli məqamlardan biri odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il işğaldan azad edilmiş ərazilərimizə daha çox sayda keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq. Bütün bunlar xalqımız tərəfindən böyük sevinclə qarşılanır”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri