Icma.az
close
up
RU
Süveydada ölənlərin sayı artır Son rəqəmlər

Süveydada ölənlərin sayı artır Son rəqəmlər

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) ölkənin cənubunda yerləşən Süveyda vilayətində son günlər baş verən silahlı qarşıdurmalar nəticəsində azı 321 nəfərin həyatını itirdiyini açıqlayıb. Qurumun məlumatına görə, 13–18 iyul tarixlərini əhatə edən dövrdə baş verən döyüşlərdə 436-dan çox insan da yaralanıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qarşıdurmalar vilayətin qərb və şimal bölgələrində Bədəvi ərəblər və müxtəlif qəbilə qüvvələrinin yaratdığı ittifaqla bəzi Dürzi silahlı qruplar arasında davam edir.

Münaqişə iyulun 13-də kiçik miqyaslı silahlı toqquşmalarla başlayıb. Gərginliyin artması səbəbindən bölgəyə Suriya təhlükəsizlik qüvvələri göndərilib. Lakin bəzi Dürzi qruplarının bu qüvvələrə hücumları nəticəsində onlarla əsgər həlak olub.


Atəşkəs razılaşması əldə olunsa da, qısa müddət sonra pozulub. İyulun 16-da İsrail Hərbi Hava Qüvvələri Suriyanın təhlükəsizlik strukturlarını hədəf alan hücumlar həyata keçirib. Hədəflər arasında Prezident Administrasiyası, Baş Qərargah və Müdafiə Nazirliyi də olub.


Elə həmin gün hökumət qüvvələri ilə yerli silahlı qruplar arasında ikinci atəşkəs razılaşması əldə edilib. Lakin bundan bir müddət sonra bəzi Dürzi silahlı qruplar Bədəvi ərəbləri zorla öz ərazilərindən çıxarmağa başlayıb. Bu isə qarşıdurmaların yenidən alovlanmasına səbəb olub. Qeyd olunur ki, bu dəfə təhlükəsizlik qüvvələri hadisələrə müdaxilə etməyib.


SNHR və yerli mənbələr yüzlərlə insanın həm qarşıdurmalar, həm də İsrailin hava hücumları nəticəsində öldüyünü bildirir. Hazırda Süveydada vəziyyət son dərəcə ağırdır. Əhalinin qida, su və elektrik enerjisinə çıxışı kəsilib. Bölgədə ciddi humanitar böhran yaşanır.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri