Icma.az
close
up
RU
Suya görə dava saldılar 1 il Gəncədən kənara çıxa bilməz: Məhkəmə

Suya görə dava saldılar 1 il Gəncədən kənara çıxa bilməz: Məhkəmə

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göygöl rayonunda 1981-ci il təvəllüdlü Kamal tanışı Vidadiyə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin avqustun 20-də rayonun Toğanalı kəndində baş verib. Kamal həmin gün saat 14:30-da kənd ərazisində tanışı Vidadi ilə mübahisə edib. Buna səbəb Vidadinin işlətdiyi “101” adlanan kafeyə gələn suyun Kamal tərəfindən kəsilməsini bəhanə edərək onu söyüb. Daha sonra Kamalı yaşadığı evinin yaxınlığında onu gözləyən yüngül dərəcədə sərxoş olan Vidadi təkrar suyun kəsilməsini bəhanə edərək onu təhqir edib. Kamal mübahisə zamanı yumruqla Vidadinin sol göz nahiyyəsindən vurub. Sonra yerdən götürdüyü daşları Vidadiyə ataraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Kamalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Kamal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən zaman qonşusu Fəxrəddinin yaşadığı evin həyətində olub:
“Həmin vaxt Vidadi zəng edərək, işlədiyi kafeyə gedən suyun niyə kəsildiyini soruşdu və bu zaman mənə qarşı nalayiq ifadələr işlətdi. Həmin sözlərə əsəbiləşərək Vidadini “dəmir butka” adlanan əraziyə çağırdım. Lakin o, həmin yerə gəlmədi. Bundan sonra qonşusu Fəxrəddingilin evindən çıxaraq öz evimə getdim. Evimizin qarşısında Vidadinin avtomobilini gördüm. Vidadi maşının pəncərəsindən mənə qarşı yenidən nalayiq ifadələr işlədərək, avtomobilə əyləşməyimi tələb etdi. Vidadiyə yaxınlaşdığı zaman avtomobilin qapısını açaraq əlindəki bıçaqla üzərimə gəldi. Bu zaman geri çəkilərək yerdən daş götürdüm və bir dəfə ona atdım. Həmin an bıçaq onun əlindən düşdü. Vidadi aşağı əyilərək həm bıçağı gizlətdi, həm də yerdən daş götürərək mənə zərbə endirməyə cəhd göstərdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə yerinə yoldaşı, bacısı və yeznəsi gəlib: “Bizi sakitləşdirmək üçün müdaxilə etdilər. Məni yoldaşım və bacım, Vidadini isə yeznəm saxladı. Mən yeznəmə qışqıraraq Vidadinin əlindəki bıçağı almasını bildirdim. Sonra Vidadi qışqıraraq məni güllələyəcəyini dedi və avtomobilin baqaj hissəsinə yaxınlaşdı.  Yeznəm isə onu saxlayaraq vəziyyəti sakitləşdirməyə çalışdı. Vidadi daha sonra avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmaq istədi. Həmin vaxt bacıma maşının qarşısında dayanmağı və onun getməsinin qarşısını almağı tapşırdım. Lakin Vidadi bacımın üzərinə avtomobili sürərək oradan uzaqlaşdı”. 
Kamal daha sonra ifadəsində bildirib ki, Vidadi onun evinin yanına gəlib və ona nalayiq ifadələr işlətdiyi zaman o, maşına tərəf yaxınlaşaraq, ondan avtomobildən düşməsini tələb edib: “Həmin vaxt onun əlində bıçaq olduğunu gördüm və yerdən daş götürərək Vidadiyə atdım. Atdığım daşın hara dəydiyini görmədim. Yalnız onun qışqırdığını müşahidə etdim. Həmin an hadisə yerinə yeznəm, bacım və həyat yoldaşım gəldi. Vidadi maşından düşərkən onun əlində bıçaq olduğunu gördüm. Lakin silahı görmədim. Mən Vidadiyə bir dəfə yumruqla zərbə endirdim. Amma zərbənin bədəninin hansı hissəsinə dəydiyini görmədim”. 
İş üzrə zərərçəkmiş Vidadinin sözlərinə görə, Göygöl rayonu, Toğanalı kəndində yerləşən “101” adlı kafeni şəxsi qaydada özü işlədir: “Həmin kafeyə gələn su xəttini dağlıq ərazidən şəxsən özüm çəkdirmişəm. Sonra həmin əraziyə Kamal adlı şəxs köçdü. Bir müddət keçdikdən sonra Kamal ilə aramızda tanışlıq yarandı. Ona da çəkdiyim sudan istifadə edə biləcəyini bildirdim. Hadisə baş verən gün kafedə yerləşən hovuzda su olmayıb və ümumiyyətlə su xətti ilə su gəlməyib. Həmin suyun axarının yerini yalnız Kamal bilib. Kamala zəng edərək, suyun niyə kəsildiyini soruşdum. Kamal isə bu zaman mənə qarşı nalayiq ifadələr işlətdi, “dəmir butka” adlanan yerə gəlməyimi tələb etdi. Deyilən yerə getdim və təxminən 30 dəqiqə gözlədim. Lakin Kamal ora gəlmədi”. 
Vidadi qeyd edib ki, daha sonra su xəttinin krantı Kamalın yaşadığı evin yanında yerləşdiyindən, həmin əraziyə gedib: “Kamalın evinin qarşısında 2-3 nəfər qadın dayanmışdı. Uzaqdan Kamal və yeznəsinin yaxınlaşdığını gördüm. Maşından düşərək onlara tərəf getdim. Kamalın yanıma çatdığı anda əlindəki ağacla sol çiynimə zərbə endirməyə başladı. Hadisə zamanı maşına minərək polisə zəng etmək istədim. Lakin bir tərəfdən qadınlar mənə daş atdı, digər tərəfdən isə Kamal ağacla vurmağa davam etdiyi üçün maşından düşdüm, yerdən daş götürərək onları qorxutmaq istədim. Bu zaman Kamal ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək Kamala qarşı nalayiq sözlər dedim. Bu zaman Kamalın yeznəsi mənə fiziki zərbə endirdi. Ondan məni niyə vurduğunu soruşdum. O, da “söyüş söymə” cavabını verdi. Daha sonra maşına minərək hadisə yerindən uzaqlaşdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş verən hadisə barədə şikayət etdim”.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Kamal 1 il müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu, həmçinin Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulub.
Bundan əlavə onun üzərinə elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulub. 
Fariz Məlikli
Demorkat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri