Svetoforun yaşıl işığının müddəti uzadılıb, nəqliyyat sıxlığı aradan qaldırılıb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda əsas yol kəsişmələrindən birində svetoforun yaşıl işığının müddətinin artırılması pik saatlarda yaranan nəqliyyat sıxlığını aradan qaldırıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində svetoforun yaşıl işığının müddəti əvvəllər 32 saniyə olub. Bu da qeyd edilən istiqamətdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə təsir göstərib və nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həm yerində vizual baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə apardıqları təhlillər nəticəsində kəsişmədə olan svetoforun vaxt planında dəyişiklik edilərək, qurğunun yaşıl işığının müddəti səhər və axşam saatlarında 5 saniyə artırılıb. Nəticədə bu yolda nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















