SXA nın qazi əməkdaşı beynəlxalq yarışda medallar qazanıb
Icma.az bildirir, Sia Az portalına istinadən.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşı Türkiyənin Ədirnə şəhərində keçirilən 8-ci Uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku Çempionatında uğur qazanıb.
SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan yığma komandasının tərkibində çıxış edən SXA-nın əməkdaşı, qazi Ruslan Şıxıyev yarışda iki medal qazanıb. O, komanda yarışı üzrə gümüş, fərdi döyüşdə isə bürünc medala layiq görülüb.
Ruslan Şıxıyev 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərib və Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən müharibəsi iştirakçısı", “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Çempionatda yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda idmançılarımız ümumilikdə 8 qızıl, 7 gümüş və 11 bürünc medal qazanaraq yarışları uğurla başa vurublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 İyul 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















