Icma.az
close
up
RU
Sxadadze: “Heç bir komandadan çəkinməyəcəyik”

Sxadadze: “Heç bir komandadan çəkinməyəcəyik”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Xeyli sayda qol imkanlarımız oldu. 3,4 yox, 6-7 fürsətimiz var idi. Oyunçularım yaxşı oynadı, hər birindən razıyam. Qol epizodlarımızı dəyərləndirə bilmədik və rəqib fərqləndi. Uşaqlar yaxşı çalışdılar. Sonradan meydana daxil olan oyunçular üçün zaman lazımdır ki, daha yaxşı olsunlar.

– Oyunun qırılma nöqtəsinin əvəzetmələr olduğunu düşünmürsünüz?
– Razıyam. Lakin sonradan meydana daxil olanlar da bizim oyunçularımızdır. Düzdür, gözlədiyimiz oyunu ala bilmədik. Məsələn, Quimbiyanın sürəti, texnikası var, ancaq bunu görmədik. İstənilən halda, komandadakı hər oyunçuya şans verməliyik ki, onları görək. İbrahim Sanqare komandaya yeni qoşulub və uyğunlaşması üçün vaxta ehtiyacı var.

– Start heyətdə ötən mövsümdən 6 oyunçu var idi. Bunun hansı mənfi və müsbət tərəfləri oldu?
– Yaxşı oyunçularımız var. Şahin, Eşqin, Nicat ötən mövsümün yaxşılarından olub. Onlardan razıyam. Komandada təcrübəli oyunçular var. Məsələn, Doni Massumo Azərbaycana gələnə qədər peşəkar oynamamışdı, ötən il çempionatda bombardir oldu.

– Premyer Liqa səviyyəsindədirlər?
– Burda oynayırlarsa, deməli, hə.

– Qarşınıza hansı hədəf qoyulub?
– Hədəf çempionatda mümkün qədər yuxarı yerlərdə olmaq və möhkəmlənmək. Aşağı liqadan gələn klub üçün “Qarabağ”, “Zirə” kimi komandalara qarşı oynamaq çətindir. Məqsəd yerimizi qorumaqdır. Heç bir komandadan çəkinməyəcəyik.

– Hakimlikdən razı qaldız? Etirazlarınız oldu…
– Emosional durum idi. Hakimlərlə bağlı bir şey deyə bilmərəm. Bəzən elə bilirdim meydanda oynayıram.

– Qol vura bilməməyiniz rəqib qapıçının ustalığı ilə bağlı idi, yoxsa hücumçularınızın ustalığı çatmadı?
– Təcrübə çatışmazlığı oldu. Əsas odur ki, qol imkanları yarada bilirik. Sevinirəm ki, bu qədər fürsətlərimiz olur.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Avqust 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri