“Tacı mənə İlhamə Quliyeva ilə olub keçənləri xatırladır”
Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tacı mənə İlhamə Quliyeva ilə olub-keçənləri xatırladır”
Xalq artisti Nazpəri Dostəliyeva mərhum Xalq artisti İlhamə Quliyevanın bacısının ona tacını bağışlamasından danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Tarixin bir günü” verilişində açıqlama verib. Dostəliyeva bildirib ki, tacı hörmət əlaməti olaraq qəbul edib:
“İlhamə Quliyeva böyük sənətkar idi. İstəməzdim, hər dəfə bu söhbət açılsın, dünyasını dəyişdi, Allah rəhmət etsin. Ona qarşı içimdə heç nə yoxdur. Taca gəlincə... Bacısı o tacı öz əlləri ilə, ürəklə özü hədiyyə verdi. Dedim ki, atamın sazı pianomun üstündədir, anamın ləçəyi yatağımdadır, o da ödüllərimin içərisində olacaq. Simvolik bir yadigar kimi saxlayacağam. Çünki bacısı ürəklə gətirdi, onun üçün çox əzizdir. Böyüyə hörmət kimi aldım, sadəcə başıma taxmaq kimi şeylər bunlar mənə aid deyil. Ödüllərimin içərisində xatirə kimi saxlayıram. Bu, mənə İlhamə xanımla yaxşı-pis nə olub keçibsə, xatırladır”.
Baxış sayı:36
Bu xəbər 02 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















