Icma.az
close
up
RU
Tacikistan heyəti Ədliyyə Nazirliyində

Tacikistan heyəti Ədliyyə Nazirliyində

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tacikistan Respublikasının Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndə heyəti Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinin fəaliyyəti və probasiya sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizdə səfərdə olublar.

Bu barədə XQ-yə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Tacikistan Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəis müavini Voris Gozizodanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.

Daha sonra nümayəndə heyəti ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüş keçiriblər. Görüşdə qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqların təmin olunması müzakirə olunub, infrastrukturun yenilənməsi, müasir standartlara cavab verən penitensiar müəssisələrin inşası və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara elektron nəzarət vasitələrinin tətbiqi və innovativ idarəetmə platformalarına dair təqdimatlar nümayiş etdirilib.

Tədbir zamanı Azərbaycan və Tacikistanın ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Tacikistan nümayəndə heyəti ölkəmizdə penitensiar və probasiya sistemlərinin müasir yanaşmalar əsasında qurulmasını, məhkumların sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirləri, eləcə də rəqəmsal texnologiyaların tətbiqini yüksək qiymətləndirib, bu sahələrdə əldə olunan təcrübənin ikitərəfli əməkdaşlıq çərçivəsində öyrənilməsinin vacibliyini qeyd ediblər.

Nurəngiz ADİLQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri