Tacikistan və Qırğızıstan prezidentləri protokol imzalayıblar
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov iki ölkə arasında sərhəd müqaviləsinin ratifikasiya sənədlərinin mübadiləsinə dair protokol imzalayıblar.
Gununsesi.info xəbər verir ki, mərasim Tacikistanın Suqd vilayətinin inzibati mərkəzi olan Xucand şəhərində baş tutub.
Martın 13-də dövlət başçıları ölkələr arasında mübahisəli ərazilərlə bağlı təxminən 23 il davam edən danışıqlardan sonra Bişkekdə sərhəd sazişi imzalayıblar. Daha sonra saziş hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib.
Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması dəfələrlə iki ölkənin yerli sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə səbəb olub.
Bunlardan sonuncusu 2022-ci ilin payızının əvvəlində baş verib. Ümumilikdə, 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 31 Mart 2025 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















