Tacikistanda əhalinin siyahıyaalınması zamanı Azərbaycan təcrübəsindən istifadə ediləcək
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 sentyabr, AZƏRTAC
Tacikistanda 20230-cu ildə əhalinin növbəti siyahıyaalınması keçiriləcək və bu işdə biz Azərbaycanın təcrübəsindən istifadə etməyə hazırlaşırıq. Kənd yerlərində əhalinin siyayıyaalınması şəhərdən daha çətindir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistan Statistika Agentliyinin Təşkilatların və müəssisələrin qeydiyyatı şöbəsinin müdiri Nacimiddin Rizoyev Bakıda keçirilən III Beynəlxalq Statistika Formunun 2-ci panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, Tacikistanda statistika idarələri rəqəmsal metodlardan istifadə etməyə başlayıb.
“Bu işin təkmilləşdirilməsi istiqamətində addımlar atılır, mütəxəssislər hazırlanır, avadanlıqlar alınır. Forum yüksək səviyyədə təşkil olunub və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradılıb. Burada çıxış edən statistika qurumlarının nümayəndələri öz ölkələrində statistika işində rəqəmsal texonogiyalardan istifadə barədə danışdılar ki, bu da təcrübənin artmasına səbəb olur”, - deyə N. Rizoyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Sentyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















