Tacikistanın dövlət televiziyası Xankəndidə çəkilişlər etdi FOTOLAR
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabrın 11-də Tacikistanın “Jahonnamo” dövlət televiziya kanalı “Dünya ətrafında” proqramının növbəti buraxılışı ilə bağlı Xankəndidə çəkilişlər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Madina Jaborova və Hofiz Abasaevdən ibarət çəkiliş qrupu öncə Xankəndidə Zəfər meydanında olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı onlara Xankəndi şəhərində aparılan tikinti-quruculuq işləri ilə bağlı geniş məlumat verərək bildirib ki, infrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib:
“İnsanların rahat yaşaması üçün hər cür şərait yaradılıb. Bir sözlə, işğaldan azad edilmiş torpaqlarda bu gün həyat öz axarına qayıdır. Keçmiş məcburi köçkünlər yurdlarına dönür. Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası da prioritet istiqamətlərdəndir”.
Xankəndi şəhəri ilə tanışlıqdan sonra Tacikistandan olan jurnalistlər Qarabağ Universiteti və Qarabağ klinikasında olublar.
Qonaqlara Qarabağ Universitetində fəaliyyət göstərən fakültələr, burda təhsil alan tələbələr və onlara yaradılan şərait barədə məlumat verilib.
Onlar Qarabağ klinikasının labaratoriyası ilə də tanış olublar. Sonda jurnalistlər də öz təəssüratlarını bölüşüblər.
Jurnalistlər qısa müddət ərzində Xankəndidə çox işlərin görüldüyünü xüsusi qeyd edib, Qarabağın gözəlliyinə, füsunkar təbiətinə heyranlıqlarını bildiriblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















