Icma.az
close
up
RU
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb” Yeni Gündəm

Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb” Yeni Gündəm

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün bundan əvvəl Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov qonaq olduğu verilişlərin birində müğənni Vəfa Şərifova haqda müzakirə yaradan açıqlama verib. Şərifovanın müəllimi bildirib ki, ifaçı hətta ariya da oxuya bilər, bunun üçün cəmi 2 ay hazırlıq kifayətdir. Bu fikirlər isə sosial şəbəkələrdə xeyli səs-küyə səbəb olub və qeyri-ciddi qarşılanıb.

Görəsən, həqiqətən Vəfa Şərifovanın səsi ariya oxumağa imkan verirmi?

Yenisabah.az məsələ ilə bağlı müğənni Tacir Şahmalıoğluna sual ünvanlayıb. 7 il V.Şərifovaya müəllimlik edən ifaçının cavabı isə belə olub:

“Hərənin öz fikri var. Hər kəs bu məsələdə azaddır. Kiməsə deyə bilmərəm ki, kim kimə nə öyrədir, niyə öyrədir? Mənim İntiqam müəllimə heç bir iddiam, kin-küdurətim yoxdur. Bir azərbaycanlı balası kimi ona hörmət edirəm. Hazırda qarşılaşsaq, salam verib keçərəm. Onu heç vaxt təhqir etməmişəm, etmərəm də. Sadəcə olaraq, efirdə fikrimi demişəm. Mənim nəyimə gərək kim-kimə ariya öyrədir?”

Müğənni bildirib ki, vaxtilə tələbəsi olan Vəfa Şərifova ilə aralarında düşmənçilik yoxdur:

“Vəfa xanıma öz fikrimi bildirmişəm. Demişəm ki, bu 7 il ərzində müəllimi kimi, insan kimi heç vaxt mənə zəng edib deməyib ki, sizi düşünüb zəng etdim, bir ustad kimi əziyyətinizi halal edin, təşəkkür edirəm və s. Halal xoşu olsun. Qazancı göz qabağındadır. Çoxundan da yaxşı qazanır. İntiqam müəllimə məndən nə isə deyiblərmi bilmirəm. Ancaq onu bilirəm ki, İntiqam müəllim Vəfaya ariya belə öyrətsə, yenə nəticə eyni olacaq. Ona da Allahın “sağ ol”unu deməyəcək. Necə ki, mənə deməyib.Vəfa ilə heç bir düşmənçiliyim yoxdur. Ola da bilməz. Qarşılaşsaq ona da salam verərəm. O, evimin qızıdır. Sadəcə bu gün Vəfanın başını pul qarışdırıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 27 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri