Tacir Şahmalıoğludan ŞOK AÇIQLAMA: “Şər atıblar, səsimi batırmaq istəyiblər”
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“O qədər ayağımdan çəkiblər, o qədər mənə şər atıblar ki… Səsimi də batırmaq istəyənlər olub”.
News24.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.
Müğənni “sənət cameəsində paxıllığınızı çəkən insanlar çox olub” sualını cavablandırıb:
“O qədər ayağımdan çəkiblər, o qədər mənə şər atıblar ki… Səsimi də batırmaq istəyənlər olub. Böyüklərimdən aldığım tərbiyəyə görə bilirəm ki, paxıllıq edən insan özünə ziyan vurur, ürək ağrısı tapır, vərəmləyir. Allah qaldıranı bəndə yıxa bilməz. Üzümə gülüb, arxada ayağımın altını qazanları gözəl tanıyıram. Mənə əsl sevgi bəsləyən insanlar, fanatlarım var. Ad günüm yadımdan çıxır, yadıma salırlar, musiqilərimi paylaşırlar. Elə insanlar var ki, haqqıma da girmək istəyirlər, amma Allah qoymur. Çünki illərlə zülmlə qazandığım uğuru özlərinin adlarına yazmaq istəyənlər çoxdur. Amma bilsinlər ki, o paxıllıq özlərini yıxacaq”.
Baxış sayı:129
Bu xəbər 20 May 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















