Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) taekvondo üzrə respublika çempionatı və ölkə birinciliyinin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.
Açılış mərasimindən sonra yarış bədii hissə ilə davam edib.
Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu mübarizə aparır.
Gənclər arasında keçirilən ölkə birinciliyində 317 idmançı (202 oğlan, 115 qız), böyüklər arasında təşkil olunan Azərbaycan çempionatında isə 119 taekvondoçu (81 kişi, 38 qadın) iştirak edir.
Qeyd edək ki, dekabrın 24-də start götürən ölkə birinciliyinə dekabrın 27-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 26 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















