Icma.az
close
up
RU
Taekvondoçuların Olimpiya reytinqinin hesablanma qaydası dəyişdirilib

Taekvondoçuların Olimpiya reytinqinin hesablanma qaydası dəyişdirilib

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Taekvondoçuların Olimpiya Oyunlarına lisenziya qazanmaq qaydaları dəyişdirilib.

İdman.biz xəbər verir ki, bunu Dünya Taekvondosunun mətbuat xidməti açıqlayıb.

Qurum Olimpiya reytinq xallarının hesablanması qaydasını dəyişib. Reytinq əvvəlki kimi 4 illik dövrü deyil, Paris-2024-dən sonra hər biri 2 ili əhatə edən iki mərhələdən ibarət olacaq. Bu dəyişiklik Beynəlxalq Olimpiya Komitəsinin (BOK) daha ədalətli və dinamik sıralama sisteminin yaradılması ilə bağlı tövsiyələrinə uyğunlaşdırılıb.

Yeni sistemə əsasən, reytinq xalları hər il 50% azalacaq. Bu xallar hər iki illik tsiklin sonunda sıfırlanacaq.

Birinci mərhələ 2024-cü ilin iyulundan 2026-cı ilin iyununa qədər, ikinci mərhələ isə 2026-cı ilin iyulundan 2028-ci ilin iyununa qədər olan dövrü əhatə edir.

Taekvondoçu 2024-cü ilin oktyabrında 40 xal qazanarsa, həmin xallar 2024-cü ilin noyabr ayının reytinqində əks olunacaq. Bir il sonra - 2025-ci ilin noyabrında 50% azalaraq 20 xala bərabər sayılacaq.

2026-cı ilin iyulunda ikinci mərhələ başladıqda əvvəlki xallar silinəcək. 2025-ci ilin oktyabrında əldə ediən reytinq xalları da 2026-cı ilin iyununa qədər qüvvədə qalacaq.

Birinci mərhələdə qazanılan xalları ikinci dövrdə Qran-pri yarışlarında sıralamanı müəyyən etmək üçün istifadə olunacaq. Bir sözlə, ilk mərhələdəki qazanc növbəti dövrdə Qran-pri turnirlərində vəsiqə qazanmaq və DÇ-yə qatılmaq üçün əhəmiyyət daşıyır.

İkinci mərhələdəki reytinq xalları Olimpiya vəsiqələrini müəyyən edəcək. 2028-ci ilin yanvarında dərc olunan Olimpiya reytinqlərinə əsasən hər çəki kateqoriyasında ilk beş yeri tutan idmançılar Los-Anceles-2028-ə birbaşa vəsiqə qazanacaqlar. Olimpiya sıralamaları isə 2028-ci ilin iyun reytinqinə əsasən müəyyənləşəcək.

Bununla belə, eyni ölkədən ikidən çox idmançı ilk üçlüyü başa vurarsa, Qran Pri Seriyasının yeri ən yüksək reytinqli idmançıya, qalan yerlər isə başqa ölkənin növbəti ən yüksək reytinqli idmançısına veriləcək.

“Böyük dəbilqə” seriyasının çempionunun da Olimpiya vəsiqə alması meyarları dəyişib. Əvvəlki illərdə burada 1-ci yeri tutan idmançı Olimpiya reytinqində də ilk “beşliy”ə daxil olsaydı, lisenziya növbəti ən yüksək reytinqli taekvondoçuya verilirdi. Yeni sistemə əsasən, bu yer “Böyük dəbilqə”də 2-ci olan idmançıya veriləcək. Əgər 2-ci olan idmançı da “beşlik”də yer alıbsa, həmin yer Olimpiya reytinqində növbəti ən yüksək yeri tutan idmançıya veriləcək.

Qeyd edək ki, digər lisenziyalar Olimpiya Təsnifat Turnirlərində sahiblərini tapacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri