Icma.az
close
up
RU
Taekvondonun Olimpiada sonrası gözləntiləri: ümid dünya çempionatınadır

Taekvondonun Olimpiada sonrası gözləntiləri: ümid dünya çempionatınadır

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Taekvondoda böyük yarışların vaxtıdır. Bu günlərdə BƏƏ-nin Əl-Füceyrə şəhərində yeniyetmələr arasında dünya çempionatı başa çatıb və Azərbaycan komandası Saleh Heydərovun (57 kq) timsalında hesabına gümüş medal yazdırıb.

İdman.biz xəbər verir ki, birinci komanda üçün əsas yarış isə oktyabrın 24-30-da Çinin Usi şəhərində keçiriləcək dünya çempionatı olacaq.

Yeni Olimpiya tsikli bir çox suallara cavab verməlidir. Keçən il Olimpiya gümüşü qazanan Qaşım Maqomedov (58 kq) əslində taekvondomuzun nüfuzunu xilas edib. Təbii, bu il aparıcı idmançıların bütün diqqəti dünya çempionatına yönəlib ki, onlar bir daha özlərini sübut etməli və mükafatlar uğrunda mübarizə aparmalıdırlar.

Bu məsələ xüsusilə Azərbaycan taekvondoçuları üçün aktualdır, çünki son illərdə dünya çempionatlarında əldə olunan nəticələr ürəkaçan deyil. 2022-ci ildə Cavad Ağayev (68 kq) Qvadalaxarada bürünc mükafat qazansa da, növbəti il Bakıdakı yarış təmsilçilərimiz üçün medalsız keçdi. Bu mənada Usiyə qarşıdakı səfərə böyük ümidlər bəslənilir.

İlin əvvəlindən bəri komandamız Belçika və Niderlandda bir neçə turnirdə iştirak edərək müxtəlif dərəcəli medallar qazanıb. Məşqçilər heyəti də hazırkı hazırlıq vəziyyəti ilə tanış olub. Lakin məhz indi elə bir mərhələ başlayır ki, bir tərəfdən ilk yarışlar arxada qalıb, digər tərəfdən isə ən məsuliyyətli turnirlər qarşıdadır.

Bu baxımdan beynəlxalq taekvondo təqviminə diqqət yetirmək yerinə düşər. Buraya “Challenge” seriyasından olan və Qran Pri turnirlərinə seçim xarakteri daşıyan bir neçə yarış daxil edilib. Gərgin qrafik isə Dünya Taekvondosunun 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya sistemində etdiyi bəzi dəyişikliklərlə əlaqədardır. Yeni sistem çoxpilləlidir və idmançılar Los-Ancelesə həm reytinq xalları, həm də seçmə turnirlər vasitəsilə vəsiqə qazana biləcəklər. Azərbaycan millisinin isə artıq indidən Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizəyə hazırlaşması zəruridir, çünki təsnifat mərhələsinin başlamasına çox az vaxt qalıb.

Reytinq xallarının iki mərhələyə bölünməsi müəyyən məntiqə əsaslanır. Birinci dövr 2023-cü ilin iyununda başlayıb və 2026-cı ilin yayında başa çatacaq. İkinci dövr isə növbəti iki ili, yəni Olimpiya marafonunun həlledici mərhələsini əhatə edəcək. Özü də ilk iki il ərzində toplanan xallar sonradan dəyişəcək – onların yalnız 50%-i qalacaq.

Taekvondoda reytinq Olimpiadaya vəsiqə üçün yeganə meyar olmasa da, dövr boyunca sabit çıxışlar idmançıya reytinq vasitəsilə Yay Oyunlarına düşmək imkanı verə bilər. 2028-ci ilin yanvarında hər çəki dərəcəsində ilk beşlikdə olan idmançılar birbaşa Olimpiya lisenziyası əldə edəcəklər.

Bəs bu xallar haradan toplanacaq? Bu baxımdan Qran Pri seriyası maraqlıdır, çünki bir neçə mərhələdən ibarət olacaq və burada yalnız “Challenge” turnirlərində seçimdən keçmiş idmançılar iştirak edə biləcəklər.

“Böyük Dəbilqə” çempionluq seriyasında isə Olimpiya lisenziyaları turnirin qaliblərinə veriləcək. Amma burada da müəyyən məqamlar var: əgər turnirin qalibi artıq reytinq üzrə lisenziya qazanıbsa, o zaman lisenziya “Böyük Dəbilqə”nin finalçısına qismət olacaq. Əgər finalçı da artıq vəsiqəni təmin edibsə, kvota reytinqdə növbəti olan idmançıya keçəcək. Məhz bu səbəbdən turnirin xüsusi əhəmiyyəti var – çünki təmsilçimiz Qaşım Maqomedov (58 kq) da Parisdə keçirilən son Olimpiya Oyunlarına vəsiqəni “Böyük Dəbilqə”də qazandığı gümüş medal sayəsində əldə etmişdi.

Fransa paytaxtında Azərbaycan taekvondosunu cəmi bir idmançı təmsil etmiş və medal qazanmışdı. Təbii ki, Los-Ancelesdə komandamız daha geniş heyətlə iştiraka ümid edir. Bunun üçün idmançılarımızın sabit çıxışlarını artırmaları və reytinqlərini yaxşılaşdırmaları vacibdir. Cari ilin əsas yarışı isə, şübhəsiz, oktyabr ayında Çinin Usi şəhərində keçiriləcək dünya çempionatı olacaq. Məhz həmin yarışda gələcək Olimpiya mübarizəsinə qatılacaq heyətin cizgiləri müəyyən oluna bilər. Beləliklə, bu mövsüm Yay Oyunlarına yeni təsnifatın başlanğıcı öncəsi ciddi bir sınağa çevriləcək. Hər şey yenidən başlayır.

Los-Ancelesə seçim sxeminə qayıdaraq onu da vurğulamaq lazımdır ki, 2028-ci ilin əvvəlində iştirakçıların əksəriyyəti artıq müəyyənləşəcək. Lakin əsas vəzifəsini yerinə yetirə bilməyənlər üçün hələ şans qalacaq – onlar qitə üzrə keçiriləcək təsnifat turnirlərində çıxış edə biləcəklər.

Zəki Feyzullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 May 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri