Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Tağı Əhmədovun hakim oğlunun cəzalandırılmasına qərar verildi

Tağı Əhmədovun hakim oğlunun cəzalandırılmasına qərar verildi

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılmasından ötrü xüsusi qərar çıxarılıb.

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hakimlər kollegiyasının verdiyi həmin qərar R.Əhmədov haqqında tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilib.

Səbəb paytaxtın Nizami rayonunda tikinti aparan “Kursus-Nizami” şirkətinin yerli sakinlərlə mübahisəsidir. Şirkət müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə üz tutub və tikinti ərazisindəki binalara girişin yasaqlanmasını, sakinlərin köçürülməsini, evlərin boşaldılıb sökülməsini istəyib.

R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə bu ərizəni təmin edib. Qərarını da belə əsaslandırıb ki, evlər köhnədir, qəzalı vəziyyətdədir və s.

“Kursus-Nizami” MTK ilə sakinlər arasında Nizami rayon Məhkəməsində xeyli müddətdir məhkəmə çəkişməsi gedir. Hazırda ayrı-ayrılıqda bir neçə məhkəmə işi var. Proseslərin gedişində sakinlər məsələ qaldırıb ki, yekun qərar verilənədək şirkətə binaları sökmək qadağan olunsun. Bu üzdən, bəzi hakimlər yekun qəraradək söküntünü yasaqlayan müvəqqəti təminat tədbiri haqda qərardad çıxarıb.

Hakim R.Əhmədovun söküntüyə icazə verən qərarından sonra absurd durum yaranıb: Eyni məhkəmə bir qərarla söküntünü qadağan edir, digər qərarla icazə verir.

Söküntüyə icazə qərarından apellyasiya şikayəti verən sakinlər həmin qərarı mülkiyyət hüququna qəsd kimi dəyərləndirərək onun ləğvini istəyiblər.

Sakinlərdən Fikrət Həsənov şikayətində evindən istifadə hüququnun əlindən alındığını, mülkiyyət hüququna təcavüz edildiyini vurğulayıb.

“Hakim Rauf Əhmədov “Karsus-Nizami” MTK-nın qanunsuz hərəkətlərinə yaşıl işıq yandırdı. Şirkətin fəhlələri gəlib evimi sökmək istəyəndə “102”yə zəng elədim. Polislər gələndən sonra çıxıb getdilər. Binadakı istilik xətləri, həyətdəki asfalt vicdansızcasına sökülüb”, – şikayətçilərdən Diana Andreyevanın sözləridir.

Bakı Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası belə nəticəyə gəlib ki, R.Əhmədov bu qərarla vətəndaşların mülkiyyət, mənzil toxunulmazlığı hüquqlarını pozub.

“Maraqlı şəxslərin şikayətlərində qeyd olunduğu kimi, bu məzmunda qərardad çıxarmaqla birinci instansiya məhkəməsi bütün maddi, prosessual norma və prinsipləri pozub, maliyyə cəhətdən güclü mövqedə olan, geniş maliyyə imkanları olan “Kursus-Nizami” MTK-nın maraqlarını müdafiə edib”, – apellyasiya məhkəməsinin oktyabrın 23-də R.Əhmədov haqqında çıxardığı qərarda belə yazılıb.

R.Əhmədovun 50 yaşı var və o, 14 ildir məhkəmə hakimi çalışır. Daha öncə Xətai rayon Məhkəməsində fəaliyyət göstərib.

O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəhbəri olmuş Tağı Əhmədovun oğludur.

Qeyd edək ki, T.Əhmədov bu il oktyabrın 18-də 76 yaşında vəfat edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see531

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see256

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see251

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see251

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see234

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see233

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see228

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see228

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see226

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see211

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see208

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see203

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see183

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see177

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see177

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see176

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see157

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri