Tahir Abdullayev: “Əsas məqsədim UFC yə vəsiqə qazanmaq idi”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan döyüşçüsü Tahir Abdullayev Bakıda keçiriləcək UFC turniri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
İdmançı doğma azarkeşlər önündə döyüşməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“İnsanların bizi bu qədər dəstəkləməsi sevindirici haldır. Öz ölkəmdə döyüşmək mənə əlavə motivasiya verir. Burada çox güclü idmançılar çıxış edəcək. Hazırda mübarizə apardığım 77 kq çəki dərəcəsindən razıyam”.
Tahir Abdullayev UFC-yə gedən yolundan da danışıb:
“Əvvəlcə Əbu-Dabidə keçiriləcək turnirdə iştirak etməyim nəzərdə tutulurdu. ABŞ-də hazırlıq keçdiyim müddətdə əsas məqsədim UFC-yə vəsiqə qazanmaq idi. Xoşbəxtlikdən buna nail oldum”.
Qeyd edək ki, Tahir Abdullayev UFC turniri çərçivəsində Milli Gimnastika Arenasında braziliyalı Ceferson Nasimento ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 24 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















