Icma.az
close
up
RU
Tahir Baxşıyev: “Azərbaycan basketbolçuları son matçlarda özlərinə inanmağa başlayıblar”

Tahir Baxşıyev: “Azərbaycan basketbolçuları son matçlarda özlərinə inanmağa başlayıblar”

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan basketbolçuları son matçlarda özlərinə inanmağa başlayıblar.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Şimali İrlandiya yığmasına qarşı keçirdikləri AVRO-2029-un seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

“Çox çətin oyun alındı. Qələbəni həddindən artıq istəyirdik və startda istədiyimiz oyunu sərgilədik. Müdafiədə komandamdan razıyam – uşaqlar tapşırıqları düzgün yerinə yetirdilər. Təəssüf ki, hücumda yaratdığımız imkanları tam reallaşdıra bilmədik. Yorğunluq da öz sözünü dedi. Rəqibə əvvəlki oyunda 36 xal fərqlə uduzmuşduq. Bu gün isə həmin komanda ilə bərabər səviyyədə mübarizə aparmağımız və oyunu qazana biləcək həddə çatdırmağımız önəmli irəliləyişdir. Son matçlarda müdafiə xəttində inkişaf var. Oyunçular özlərinə daha çox inanmağa başlayıblar. Azərbaycan Kubokunda iki yerli basketbolçu ilə çıxış edirlər və belə görüşlərdə onların daha çox məsuliyyət götürməsi vacibdir. Bu da milli komanda üçün müsbət siqnaldır”.

Komandanın kapitanı Amil Həmzəyev də müdafiədə olduqca etibarlı çıxış etdiklərini vurğulayıb:

“Müdafiədə yaxşı təsir bağışladıq. İlk periodda oyunu daha çox hücum hesabına nəzarətdə saxlamağa çalışdıq. Amma top itkiləri bizə problem yaratdı. Rotasiyamız məhdud idi və bu da xal baxımından çətinlik yaratdı. Bir vaxtlar bizə 38-36 xal fərqi ilə qalib gəlmiş komandaya qarşı bu dəfə başabaş mübarizə apardıq. Qələbə qazana bilərdik, sadəcə psixoloji baxımdan həlledici addımı ata bilmədik. Oyunçular yaş etibarilə çox gənc sayılmasalar da, bu səviyyəli turnirlərdə ilk təcrübələrini yaşayırlar. İrlandiyada da oxşar vəziyyətlə üzləşmişdik – Van Bek meydanı tərk etdikdən sonra inam azalmışdı. Azarkeşlərə təşəkkür edirəm, bizi tək qoymadılar. Məqsəd təkcə tribunalara tamaşaçı toplamaq deyil, ölkədə basketbola marağı artırmaqdır. Qarşıdakı iki oyunda qalib gəlib qrupdakı şanslarımızı qorumağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı rəqib komandanın 78:70 hesablı qələbəsi ilə bitib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Mart 2026 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri