Tahir Baxşıyev: Çoxları bizim autsayder hesab edirdi
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bu oyundan əvvəl çoxları düşünürdü ki, biz autsayderik. Oyuna yaxşı hazırlaşmışdıq".
İdman.biz xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev mətbuat xidmətinə açıqlamasında deyib.
O, basketbol üzrə Azərbaycan kubokunun finalında “Neftçi” üzərində qazanılan 86:83 hesablı qələbəni şərh edib: "Murad Babayevin olmaması problemlər yaradırdı. Bu gün Hüseyn Məmmədov və Oğuzxan Quliyev özlərini göstərmək üçün şans əldə etdilər. Və sübut etdilər ki, basketbol oynamağı bacarırlar. "Neftçi" çox güclü komandadır. Onların heyətində Azərbaycan milli komandasının iki oyunçusu var. Onlar yaxşı oyun göstərdilər. Amma bu gün biz daha güclü olduq".
Qeyd edək ki, NTD turnirin həlledici oyununda "Naxçıvan" - "Gəncə" görüşünün qalibi ilə qarşılaşacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 Mart 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















