Tahir Baxşıyev federasiyada departament rəhbəri oldu
Icma.az, sport24.az saytına istinadən bildirir.
Azərbaycan Basketbol Federasiyasında (ABF) ölkədə məşqçilərin peşəkar inkişafına və oyunçuların uzunmüddətli hazırlığına dəstək göstərmək məqsədilə Məşqçilər Departamenti yaradılıb. Sport24.az xəbər verir ki, bu barədə ABF-nın mətbuat xidməti məlumat yayıb.
Departamentin əsas fəaliyyət istiqamətlərinə məşqçi təhsili, oyunçuların inkişafı, aşağı yaş qrupları üzrə milli komandaların proqramlarının hazırlanması və əlaqələndirilməsi, həmçinin Bakı və Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən ABF akademiyalarında tədris-məşq prosesinin təkmilləşdirilməsi daxildir.
Departament həmçinin milli komandaların məşqçi heyətlərinə texniki dəstək göstərəcək, azərbaycanlı basketbol məşqçilərinin peşəkar inkişafına yönəlmiş təhsil proqramları hazırlayacaq, Azərbaycan Basketbol Liqası və ABF-nin digər yarışlarının texniki səviyyəsinin yüksəldilməsi ilə bağlı təklif və tövsiyələr verəcək.
Tahir Baxşıyev Məşqçilər Departamentinin direktoru təyin olunub. Anar Sarıyev, Zaur Paşayev və Polad Həsənov isə departamentin üzvləri kimi fəaliyyət göstərəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Sentyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















