Tahir Baxşıyev: İrlandiya yığmasına qalib gələ bilərik
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 24 fevral, AZƏRTAC
Kubok oyunlarına görə vaxtımız az oldu. Cəmi 2 məşq keçə bilmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
O, komandada ab-havanın yaxşı olduğunu bildirib: “İlk oyunumuzu İrlandiyaya qarşı oynayacağıq. Onlar da bizim kimi hər iki matçda məğlub olublar. Bütün diqqətimiz birinci matçdadır. Çətin görüş olacaq, amma gücümüz var. Meydanda döyüşüb, qalib gələ bilərik. Vesli Van Bek komandaya İrlandiyada qoşulacaq. Bütün gücümüzlə matça hazır olmağa çalışacağıq. Digər rəqib Şimali Makedoniya seçməsinin də oyunlarını izləmişik”.
Qeyd edək ki, milli komanda fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Fevral 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















