Icma.az
close
up
RU
Tahir Gözel BMT nin Okeanlar üzrə Konfransında iştirak etdi

Tahir Gözel BMT nin Okeanlar üzrə Konfransında iştirak etdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycanlı iş adamı və ekoloji təşəbbüslərin fəal dəstəkçisi Tahir Gözel BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində davamlı inkişaf naminə okeanların, dənizlərin və onların bioloji ehtiyatlarının qorunmasına həsr olunmuş III BMT Okean Konfransında (UNOC 2025) iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Fransanın Nitsa şəhərində keçirilən bu beynəlxalq tədbirə 60-dan çox dövlət başçısı, 190 nazir və minlərlə elmi, ictimai və özəl sektor nümayəndəsi qatıldı.

Dörd gün davam edən konfrans çərçivəsində Blue Marine Foundation ilə sıx əməkdaşlıq edən Tahir Gözel, çıxışlarında Azərbaycanın okean və dəniz mühitinin qorunmasına verə biləcəyi töhfələrə diqqət çəkdi. O, COP29-un ötən il Azərbaycanda uğurla keçirilməsinin qlobal iqlim gündəliyinə verdiyi töhfəni vurğulayaraq, azərbaycanlı sahibkarların ekoloji təşəbbüslərdə oynadığı mühüm rolu önə çıxarıb.

Gözel, Blue Marine Foundation ilə başladılmış strateji əməkdaşlıq çərçivəsində həm maddi sponsorluq, həm də təcrübə mübadiləsi yolu ilə mənəvi dəstək göstərməyə hazır olduqlarını bildirib. Bu təşəbbüsün əsas məqsədi, qlobal su hövzələrinin mühafizəsini gücləndirmək və Antarktidada dəniz mühafizəsi sahəsindəki durğunluğu aradan qaldırmaqdır.

Konfrans çərçivəsində baş tutan “Antarktidanın Qoruyucuları” adlı qapalı tədbirdə də iştirak edən Tahir Gözel, burada beynəlxalq tanınmış simalarla yanaşı çıxış edən şəxslər sırasında yer aldı. Tədbirdə hollivud aktyoru Benedict Cumberbatch, Anqolanın Balıqçılıq və Dəniz Sərvətləri Naziri Carmen dos Santos, Madagaskarın Balıqçılıq və Mavi İqtisadiyyat Naziri Paubert Tsimanaoraty Mahatante, Mavrikinin Kənd Təsərrüfatı və Mavi İqtisadiyyat üzrə Gənc Naziri Gilles Fabrice David, Tonqa Parlamentinin Sədri Fatafehi Fakafanua, eləcə də Mission Blue təşkilatının rəhbəri, məşhur okean tədqiqatçısı Dr. Sylvia Earle də çıxış ediblər.

Tədbir sonunda Blue Marine Foundation ilə strateji əməkdaşlığa dair memorandum imzalanması istiqamətində yekun qərar qəbul olundu və bu təşəbbüslərə verdiyi dəstəyə görə Tahir Gözelə “Antarktidanın Qoruyucusu” titulu təqdim edilib. O, çıxışında Azərbaycanın ekoloji məsələlərə verdiyi önəmdən bəhs edərək, Azərbaycan vətəndaşı kimi qlobal ekoloji mübarizədə fəal iştirak etməkdən qürur duyduğunu xüsusi vurğulayıb.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri