Icma.az
close
up
RU
Tahir Gözəl: “Gələcəyimiz cavanlardır”

Tahir Gözəl: “Gələcəyimiz cavanlardır”

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, doğma meydanda "Kəpəz"i qəbul edən çempion "Qarabağ" 3 cavabsız qolla qalib gəlib.

Oyundan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl çempionluqla bağlı bir sıra açıqlamalar verib:

"Çox sevincliyəm, "Qarabağ" sevərləri təbrik edirəm. 12-ci dəfədir ki, çempion oluruq. Böyük uğurdur. Üç dəfə daha olsaq, üç ulduzu qazanacağıq. Çox gözəl çempionat keçdi. Gələn il liqada komanda sayı daha da artacaq. "Karvan", "Qəbələ" və "İmişli" də liqaya qoşulur. İldən-ilə bizdə futbol keyfiyyəti düzəlir, yüksəlir. Möhtəşəm axşam idi. "Qarabağ"ı təbrik edirəm. Burada əla ab-hava yaratdılar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. "Qarabağ" sevərləri, Azərbaycanı sevindirdik. Allah qoysa, artıq Avropada yola davam edəcəyik".

- Hədəflər yəqin ki, dəyişməyib?
- Bəli, hədəflər dəyişməyib. UEFA-dan verdiyi qərardan asılıdır ki, biz ÇL-ə 2-ci təsnifat mərhələsindən başlayırıq, yoxa 1-ci mərhələdən. Amma ora gəlməyin özü də, elə "Qarabağ"ın artıq futbol səviyyəsini göstərir. "Qarabağ" 32 min xalla hardasa Avropanın orta səviyyəli klubları arasındadır. Bu, hamımız üçün qürur mənbəyidir.Əlbəttə ki, biz hamımız daha da inkişaf etməyə çalışacağıq. 

- Qarşıda "Qarabağ"ı ölkə kubokunda da oyun gözləyir. "Qızıl dubl" gözləyirsiz?
- Əlbəttə ki, bunun üçün çalışacağıq. "Sabah" rəqibimizdir, güclü klubdur. Mənim "Sabah"a xüsusi ehtiramım var. Futbolun kökündən gələn insanlardır orada.Hər iki kluba da uğurlar arzulayıram, hər ikisi də bizimdir, hər ikisi də layiqdir.

- "Zirə" və "Turan Tovuz" finalda sizə azarkeşlik edir. Çünki siz qalib gəlsəz, "Turan Tovuz" avrokuboklara gedəcək, "Zirə" isə Avropa Liqasına yollanacaq...
- Doğrudur. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdur, o da mənim canımdır, bizə yaxındır. Hamısına uğurlar arzulayıram, hamısı bizim övladlarımızdır, hamısı bizim klublarımızdır. 

- Beş ildən sonra Konfrans Liqasının kubokunu Azərbaycana gətirmək fikrinə necə baxırsız?
- İnşAllah. Qismət olsun. Elə ona görə işləməliyik. Mənə əsas nə ümid verir? Cavan oyunçularımızın oyuna çıxması. Bu gün Hikmət Cəbrayılzadəni, Amin Rzayevi görmək məni çox sevindirir. Cavanlarımız gəlsin. Hamısı altyapıdan gəlməli uşaqlardır. Gələcəyimiz cavanlardır. İnşallah onlar gətirəcək.

Azər Bağırov: “Güclünün tərəfində olmağa nə var ki?” “Qarabağ” “Kəpəz”i məğlub etdi - YENİLƏNİB Samir Abasov: “Məncə, artıq gecdir” Elvin Məmmədov: “Oyunçuları matça kökləmək çətindir” “Neftçi”dən inamlı qələbə - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:377
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 May 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri