Icma.az
close
up
RU
Tahir Gözel: “Qarşılıqlı inam bizi daha da irəli aparır”

Tahir Gözel: “Qarşılıqlı inam bizi daha da irəli aparır”

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu olub.

Apasport.az xəbər verir ki, "Sabah"la matçdan (1;1) sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözel klubun mətbuat xidmətinə açıqlama verib.

“Qarabağ” daha bir möhtəşəm mövsümü arxada qoymağa yaxınlaşır. Komandamız Premyer Liqanın sonuna 4 tur qalmış ardıcıl 4-cü, tarixində 12-ci dəfə çempionluğu qazandı. Çempionatın qalibi adının finişə bir neçə tur qalmış qazanılmasına baxmayaraq, bu titulun asanlıqla əldə edildiyini demək olmaz. Çünki bütün rəqiblərimiz bizimlə oyunlara motivasiya ilə çıxır, əzmkarlıqla mübarizə aparırlar. Buna səbəb komandamızın ildən ilə daha da inkişaf etməsi, Avropa səviyyəli kluba çevrilməsidir. Uğurlarımız artdıqca, rəqiblərimizin bizə qarşı motivasiyası da böyüyür. Çempionatdakı komandalar daha güclü olduqca, qarşılarında daha güclü “Qarabağ” görürlər. Qazanılan ardıcıl çempionluqlar, Avropadakı uğurlu nəticələr klub daxilində yaratdığımız birliyin nəticəsidir. Klubumuz üçün mənəvi dəyərlər daim ilk sırada olub. Bunun da sayəsində daim ön sıralarda yer almışıq. Komandamız dünya və Avropa reytinqlərində Azərbaycanın ən yaxşısı kimi möhkəmlənib. Üstəlik, bir sıra adlı-sanlı Avropa təmsilçilərini, ölkəmizdə yetərincə azarkeşi olan xarici klubları arxada qoymağı bacarır. Həm nəticələr, həm nüfuzlu reytinq siyahılarındakı mövqeyi ilə “Qarabağ” Avropada sayılıb seçilən, hörmətlə yanaşılan kollektivlər sırasında yer alıb. Bütün bunlar da rəhbərliklə baş məşqçimiz Qurban Qurbanov başda olmaqla bütün klubun birgə əməyinin bəhrəsidir. “Qarabağ”da rəhbərlikdən, baş məşqçidən sıravi işçiyə kimi hamının arasında böyük mənəvi birlik var. Azərbaycan futbolu üçün rekord olan sayca 12-ci çempionluq münasibətilə İdarə Heyətini, Qurban Qurbanov başda olmaqla məşqçilər heyətini, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.

Tahir Gözel avrokubok mövsümü və növbəti hədəflərə də toxunub: “Çempionatda qazanılan titula qədər komandamız Avropada da sözünü dedi. Çempionlar Liqasında Bolqarıstanda “Lüdoqorets” üzərindəki parlaq qələbə ilə pley-offa yüksələn “Qarabağ” növbəti dəfə bütün qitədə özündən söz etdirdi. Komandamız ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas mərhələsinə yüksəldi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsində qitənin adlı-sanlı komandaları ilə 8 görüşə çıxan azarkeşlərini mübarizəsi, gözəl oyunu ilə həyəcanlandırdı. Rəqiblərimizdən altısının – “Tottenhem”, “Ayaks”, “Lion”, “Olimpiakos”, “Bodo Qlimt” və FCSB-nın növbəti mərhələyə adlaması nə qədər güclü komandalarla  qarşılaşdığımızı göstərir. Üstəlik, növbəti dəfə rəqiblərimizdən biri avrokubokların finalında oynayacaq. “Tottenhem” və Norveçdə məğlub etdiyimiz “Bodo Qlimt” yarımfinala qədər irəliləyərək bu raundda üz-üzə gələcək ki, onlardan da biri həlledici görüşə vəsiqə qazanacaq. İstər Avropada, istər çempionatda qazanılan uğurlar komandamızı yeni hədəflərə səsləyir. Bizi Azərbaycan kuboku uğrunda final matçı gözləyir. Bu görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Sabah” çox güclü komandadır. Finaldakı rəqibimiz yaxşı heyətə malikdir. “Sabah” ildən-ilə daha da güclənir. Əlbəttə, bu, futboldur. Biz də finala köklənmişik. “Qarabağ” daha bir titul qazanmağa, ardıcıl ikinci dəfə mövsümü “Qızıl dubl”la bitirməyə çalışacaq. İndiyədək 8 dəfə ölkə kubokunu başı üzərinə qaldıran komandamız 9-cu uğuru əldə etmək istəyir. “Sabah” da avrokuboklara vəsiqə üçün bu qarşılaşmaya böyük önəm verir. Bu matçın azarkeşlər üçün gözəl futbol bayramına çevriləcəyinə inanırıq. Bundan sonra növbəti mövsümə hazırlığa böyük motivasiya və inamla başlayacağıq. Çempion adını yenidən qorumaq, Avropada tarixlər yazmağa çalışacağıq. Qarabağın adını qitədə həmişə layiqincə təmsil etmək ən vacib hədəflərimizdəndir. Biz bu adı daim məsuliyyətlə və layiqincə daşımışıq. Bu adın Azərbaycan üçün dəyərini dərk edirik və onu daha da yüksəklərə ucaltmaq üçün mübarizə aparacağıq. Komandamıza güvənirəm və inamım böyükdür. Komanda da mənə və rəhbərliyə inanır. Bu qarşılıqlı inam bizi daha da irəli aparır və aparmaqda davam edəcək”.

“Qarabağ” Azərbaycan çempionudur - YENİLƏNİB Elvin Məmmədov: “Hər şey mümkündür” Elmar Baxşıyev: “Bura kiminsə gücünə gəlməmişik” "Araz-Naxçıvan" autsayderə qarşı xal itirdi - YENİLƏNİB Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Aprel 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri