Tahir Məmmədov: Şamaxıda müxtəlif dini konfensiyalar bir arada mehriban yaşayırlar
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Şamaxının yenidən çiçəklənməsi və inkişafı üçün ölkə başçısı və birinci vitse-prezident tərəfindən xüsusi diqqət göstərilir".
Oxu.Az-ın Şamaxıya ezam olunun əməkdaşı xəbər verir ki, bunu Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfransda Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov deyib.
O qeyd edib ki, Şamaxının tarixi abidələri, ziyarətgahları bərpa olunur, ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir:
"Burada müxtəlif dini konfessiyalar bir arada mehriban yaşayırlar. Azərbaycanın son illərdə atdığı addımlar ümumilikdə humanizm nümunəsidir".
Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, "Report" informasiya agentliyi və Baku TV telekanalıdır.
Əzizə İsmayılova

