Icma.az
close
up
RU
TAİB Gəncədə “XOCALI Heç vaxt unudulmayacaq soyqırım” adlı konfrans keçirdi

TAİB Gəncədə “XOCALI Heç vaxt unudulmayacaq soyqırım” adlı konfrans keçirdi

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Türk Ağsaqqalları İctimai Birliyi-TAİB nümayəndələri Gəncədə səfərdədilər. Səfər zamanı nümayəndələr öncə Gəncə Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüblər. 

Missiya.Az-ın xəbərinə görə, Türk Ağsaqqalları İctimai Birliyi-TAİB YAP Gəncə şəhər Təşkilatı ilə birgə Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı “XOCALI-Heç vaxt unudulmayacaq soyqırım” adlı konfrans keçirib. 

Tədbirdə TAİB İdarə Heyətinin üzvləri, Gəncə ziyalıları və tələbələr iştirak ediblər. 

Tədbir başlamazdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla anıblar. Konfrans əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Konfransda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində təşkilatın gördüyü işləri diqqətə çatdırıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş apardıqlarını bildirib. 

TAİB-in sədr müavini Eyvaz Hümbətov bildirib ki, Xocalı faciəsi təkcə Azərbaycan tarixinin deyil, həmçinin bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu faciəyə siyasi qiymətin verilməsi də məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Heydər Əliyev irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilib. 

Tədbirdə çıxış edən TAİB Qadınlar Şurasının sədri, AMEA-nın şöbə müdiri, türkoloq Güllü Yoloğlu 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb.

TAİB-in aparat rəhbəri, Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin qanı yerdə qalmadı. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası sayəsində tarixi ədalət bərpa olundu. Aparat rəhbəri Xocalının da işğalına son qoyulduğunu və işğaldan azad edilmiş şəhərdə təmir-bərpa işlərinin aparıldığını vurğulayıb. 

Gəncə Dövlət Aqrar Kollecinin tədris hissə müdiri, Xocalı faciəsinin canlı şahidi Aliyə Abışova tədbirdə çıxış edərək ailəsi ilə birlikdə başına gələn müsibətlərdən və bu gecədə necə sağ qalmalarından danışaraq, Xocalıda dinc əhaliyə qarşı törədilən erməni vəhşiliyi haqqında faktlarla məlumat verib. Qeyd edib ki, Xocalı qətliamı dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisidir. 

TAİB İdarə Heyətinin üzvü, şair, publisist Tapdıq Əlibəyli və TAİB üzvü, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Əliqismət Lalayev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildiriblər. Qeyd ediblər ki, Xocalı faciəsi mövzusu ədəbiyyatımzda və kinomuzda da kifayət qədər yer alıb. 

Sonda Gəncədəki ali təhsil müəssisələrinin tələbələri soyqırımın tanıdılmasında internet resurslarının, əsasən də, sosial şəbəkələrin rolundan danışıb və bu istiqəmətdə əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.

Nurlana Əhmədova
Missiya.Az





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://missiya.az
archiveBu xəbər 21 Fevral 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri