Tailand Kamboca münaqişəsi Evlərini tərk edən kambocalıların sayı 500 mini keçdi
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tailandla sərhəddə artan münaqişə ilə əlaqədar yarım milyondan çox kambocalı evlərini tərk edib.
Yeniavaz.com “Khmer Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, Tailandın Kambocaya qarşı hücumları nəticəsində evlərini tərk etməyə məcbur olan mülki şəxslərin sayı 21 dekabr axşamı 525 min 231 nəfərə çatıb ki, bunlardan 274 min 800-ü qadın, 167 min 100-ü isə uşaqdır.
Nazirlik həmçinin qeyd edib ki, 7 dekabrdan bəri törədilən təcavüz aktları, o cümlədən artilleriya və raket hücumları, mülki yaşayış məntəqələrinin bombalanması nəticəsində 19 mülki şəxs həlak olub, 79 nəfər yaralanıb.
Tailand ordusunun Kamboca sərhəd bölgəsinə endirdiyi zərbələr nəticəsində 100-dən çox fərdi ev, beş məktəb, üç tibb mərkəzi, bir bazar, anbar, bir neçə qədim məbəd və paqoda, gömrük və aksiz idarəsi binası, 11 inzibati bina, üç otel, bir neçə körpü, bir yanacaqdoldurma məntəqəsi və 28 avtomobil məhv edilib.
Bu mövzuda digər xəbərlər:Tailand Kamboca sərhədində gərginlik
12 Noyabr 2025 17:51
Tailand Kamboca sərhədində atışma
08 Dekabr 2025 09:05
Kamboca Tailand sərhədi bağlandı
14 Dekabr 2025 01:15
Tramp: “Tailand Kamboca münaqişəsi müdaxiləmdən sonra həll olundu”
28 İyul 2025 22:50
Kamboca Tailand sülh danışıqları başlayır
28 İyul 2025 07:01
Baxış sayı:64
Bu xəbər 22 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















