Tailand kambocalı hərbçiləri əsir götürdü
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Tailandın quru qoşunları sərhəddə baş verən toqquşmadan sonra 18 Kamboca hərbçisini əsir götürüb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Tailand quru qoşunları komandanlığının rəsmi nümayəndəsi general-mayor Vintay Suvari məlumat verib.
"Quru qoşunlarının İkinci Hərbi Bölgəsi Sisaket əyalətində sərhəddə baş verən toqquşmadan sonra 18 Kamboca hərbçisinin əsir götürülməsi barədə məlumat yayıb. Yaralanan kambocalı hərbçilərə tibbi yardım göstərilir, məhbuslar Cenevrə Konvensiyasına tam uyğun olaraq saxlanılır", - general Suvari bildirib.
Generalın sözlərinə görə, Kamboca hərbçiləri Tailand ərazisini atəşə tutmaq üçün ağır silahlardan və minaatanlardan istifadə ediblər.
Bu mövzuda digər xəbərlər:Tailand hərbçiləri Rusiya gəmisini saxlayıblar
01 Sentyabr 2025 19:26
Ukrayna koreyalı hərbçiləri əsir götürdü FOTO
11 Yanvar 2025 18:46
İsrail iranlı jurnalisti əsir götürdü
28 Yanvar 2025 10:07
Tailand hökuməti etimadsızlıq votumundan yayınıb
26 Mart 2025 10:37
Tailand böyük vergi islahatlarına hazırlaşır
07 Dekabr 2024 16:29
Baxış sayı:39
Bu xəbər 29 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















