Tailand və Kamboca arasında sərhəd gərginliyi: F 16 lar hava zərbəsi endirdi
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tailand Kral Ordusu sərhəddə baş verən qarşıdurma zamanı Kambocaya cavab olaraq hava hücumu həyata keçirib.
Doğru.az xəbər verir ki, Taylandın Quru Qoşunlarının İkinci Hərbi Dairəsinin məlumatına görə, bu gün saat 09:40-da (Moskva vaxtı ilə 05:40) Kamboca, Sisaket əyalətindəki sərhəd zonasında BM-21 “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə hücuma keçib.
Buna cavab olaraq saat 10:51-də (Moskva vaxtı ilə 06:51) Tailand Silahlı Qüvvələri altı F-16 döyüş təyyarəsini havaya qaldıraraq Kamboca qoşunlarının mövqelərinə hava zərbələri endirib. Rəsmi məlumatlara əsasən, piyada batalyonlarına uğurlu zərbələr endirilib.
Qeyd edək ki, bir müddət əvvəl Uzaq Şərq Ölkələrinin Tədqiqi Mərkəzinin rəhbəri Kirill Kotkov ABŞ-ın bu münaqişənin gərginləşməsində maraqlı olduğunu bildirib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 İyul 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















